Azərbaycanda ən çox qazanan tələbə – STARTAP SAHİBİ OLDU

18 SENTYABR 2015 | VIEWS:
1487

14425676661857822019_554x360UNEC-in tələbəsi Fəqan Çələbizadənin müsahibəsi

Artıq bir neçə aydır ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri imtahana nə dərəcədə hazır olduqlarını əvvəlcədən öyrənə bilirlər. Bunun üçün onlar universitetdə işə düşmüş «Özünü sına» layihəsindən istifadə edirlər. Tələbələr bu proqrama yerləşdirilən imtahan testlərinə cavab verməklə hansı qiymət alacaqlarını dəqiqləşdirirlər. Fins.az-ın məlumatına görə, yenilikdən hamı – həm tələbələr, həm də universitet rəhbərliyi razı qalıb. Amma bu həm də gəlirli biznesdir.

Stressdən pul qazanan diribaş tələbə

«Özünü sına» onlayn sınaq imtahanı layihəsinin müəllifi UNEC-in 2-ci kurs tələbəsi Fəqan Çələbizadədir. Quba rayonundan olan Fəqan «İnformatika və idaretmə» fakultəsinin informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə təhsil alır. Deyir ki, sınaq testi yaratmaq ideyası öz başına gəlib: «Özüm də tələbəyəm, imtahana sınaqsız gedəndə bilmirsən nə olacaq, stressdə olursan. Ordan ağlıma gəldi ki, belə bir test yaradım ki, əvvəlcədən hazırlıq səviyyəsini öyrənmək mümkün olsun».

Tələbələrin 80%-i özünü yoxlayır

Yeni sistemin qurulmasına ötən yaydan başlanıb. Bunun üçün ayrıca veb-sayt yaradılıb. Bir neçə ay saytın testlərinə sərf edilib. Nəhayət, yanvardan onlayn sınaq imtahanı sistemi işə düşüb. UNEC-in tələbələri yeniliyi həvəslə qarşılayıblar. Elə ilk həftələrdə onlayn imtahan everənlərin sayı 300 minə çatıb.

Hər tələbə 20 qəpik ödəyir

Amma «Özünü sına» sistemi həm də yaxşı pul gətirən biznesdir. Fəqan bildirir ki, ödəniş sistemi işə düşənədək tələbələr sınaqdan pulsuz istifadə ediblər. Amma indi sınaq imtahanı pulludur. Elə də baha deyil – cəmi 20 qəpik. Sistemin pulu olması ona marağı azaltmayıb. Hazırda hər sessiya ərəfəsində tələbələrin 80%-i sınaq imtahanı verirlər. Ümumiyyətlə araşdırma göstərib ki, hər tələbə imtahana gedənə qədər özünü 7-8 dəfə yoxlayır.

Universitet rəhbərliyi mənə dəstək verdi

«Özünü sına» layihəsindən Universitet rəhbərliyi də razı qalıb. Üstəlik, ideya məlum olan kimi, ona ən böyük dəstəyi ali məktəbin rəhbərliyi verib. UNEC-in rektoru Ədalət Muradov şəxsən onun problemlərinin həllinə kömək edib. Belə ki, imtahan testləri üçün suallar və cavablar verilib, layihənin ödəniş sisteminə qoşulması məsələsi həll olunub.

İstifadəçi sayı 23 mini ötüb

Amma layihə təkcə Azərbaycan Dövlət İqtisad Universiteti ilə məhdudlaşmayıb. Sonradan burada abituriyentlərin sınaq imtahanı imkanı yaradılıb. İndi 10-11-ci sinif şagirdləri özlərini sınaya bilərlər. Hazırda ölkə üzrə bütün abituriyentlərin istifadə etməsi üçün hazırlıq görülür, o cümlədən ödəniş sistemi rahatlaşdırılır. Yeri gəlmişkən, ödəniş sistemi maraqlı şərtlə işləyir. İlk dəfə imtahan verən şəxs bura ödəniş etmir: «İstəyirik əvvəlcə layihə ilə tanış olub, onun keyfiyətinə əmin olsun. Sonra əgər yenə özünü yoxlamaq istəsə ödəniş etsin». Yəni ödəniş etmək 2-ci imtahandan başlanır.

Başqa universitetlər, dövlət qulluğu, İELTS, TOEFL və s.

Hazırda Fəqan «Özün üsına» layihəsinə yeni sahələrin qoşulmasına çalışır. Bildirir ki, bura başqa, universitetlərin qoşulması üçün danışıqlar aparılır. Eləcə də, sistemə dövlət qulluğu imtihanları, İELTS, TOEFL, magistratura imtahanlarının əlavə edilməsi üçün hazırlaşır. Qeyd edək ki, sayt elə formada yığılıb ki, bütün platformalara uyğunlaşıb və mobil telefonda da istifadə etmək olur.

Gələcəkdə yeni sosial şəbəkə yayaradacam

«Özünü sına» layihəsini informasiya cəmiyyəti də qiymətləndirib. Sonuncu «Net» yarışmasında bu layihə «Elm və təhsil» nominasiyasında 2-ci yer tutub. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyini öyrənən Fəqan deyir ki, artıq axtardığını tapıb: «Bundan sonra belə layihələrlə məşğul olacam». Artıq iki yeni layihə də var. Bunlardan biri fərqli sosial şəbəkə olacaq: «İkincisini isə deyə bilməyəcəm, sirrdir».

 

1488 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna