UNEC professorunun araşdırma və təklifləri “İqtisadiyyat” qəzetində

10 MART 2017 | VIEWS:
5487

Azərbaycanın sosial-iqtisadi  inkişafında turizmin fəaliyyətinin   təhlili  və   audit qiymətləndirilməsi

Respublikada aparılan sosial-iqtisadi islahatların əsası kimi turizmin fəaliyyətinin formalaşması, inkişafı və rəqabətə davamlılığı problemlərinə baxılmışdır. Bununla yanaşı, strateji yol xəritəsi şəraitində turizmin fəaliyyətinin genişləndirilməsi, müxtəlif sahələr üzrə məhsul istehsalının, gəlirlərin artırılması və turizm bazarının iştirakçılarının fəaliyyətinin təkmilləşdirilməsi göstərilmişdir. Sonda dövlətin strateji xəttinə uyğun olaraq turizmin inkişafının dövlətin radikal-iqtisadi inkişafına təsir etməsi müəyyənləşdirilib və onun inkişaf istiqaməti barədə elmi cəhətdən əsaslandırılmış təkliflər verilib.

Turizm hazırda dünya iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilib. Ümumdünya Ticarət Təşkilatının proqnozlaşdırmasına görə, səyahətə çıxan turistlərin sayı hər il 4,1 faiz artmaqdadır və 2020-ci ildə səyahətə çıxanların sayı 1,6 milyard nəfərə çatacaq. Bu, onu göstərir ki, dünyada turizmin xidmətinin rolu artmaqdadır və yaxın gələcəkdə daha da artacaqdır. Bu baxımdan ölkədə  turizmin təşkili və onun iqtisadiyyatda rolunun artması çox aktual məsələlərdən biridir.

Dünya İqtisadi Formunun 2014-2015-ci il “Dünya Rəqabətlik Hesabatı”nda qlobal turizmin rəqabət qabiliyyətlilik indeksinə görə Azərbaycan bir pillə irəli gəlib və 144 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Bu, onu göstərir ki, turizm sahəsi üzrə hələ də istifadə olunmamış imkanlar (ehtiyatlar) mövcuddur. Bu isə turizmin formalaşmasına, inkişafına və stimullaşdırılmasına şərait yaratmaqdadır.

Azərbaycanda  bu sahə ötən əsrin 90-cı illərinin sonundan başlayaraq inkişaf etməyə başlayıb. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət milli iqtisadiyyatın  bütün sahələri kimi turizm sektorunun da inkişafına əlverişli zəmin yaradıb. Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2010-cu il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə  turizmin inkişafına dair Dövlət Proqramı” ölkədə turizmin inkişafına güclü təkan vermişdir.

2017-ci ilin yanvar ayında “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda ölkə rəhbəri son illər turizm sahəsində qazanılan uğurları da diqqətə çatdırdı. “Son 12 il ərzində Azərbaycanda 300-ə yaxın mehmanxana tikilmişdir. Bizim indi dünya səviyyəli kurortlarımız var. Şahdağ, Naftalan, Qəbələ beynəlxalq kurort mərkəzinə çevrilibdir və Qalaaltı müalicəvi kurort mərkəzidir. Naxçıvanda Duzdağ kurortu yaradılmışdır. Sadəcə daha fəal olmalıyıq ki, turistləri cəlb edək. Burada vizaların sadələşdirilməsi işində əlavə tədbirlər görülüb ki, biz daha çox turist axınını təmin edək”. Bütün bunlar Azərbaycanı turizm üçün cəlbedici ölkəyə çevirir.

Mənbələrə görə, “turizm” sözü fransız dilində “turizme” adlanır. Onun leksik mənası isə səyyahların, tacirlərin, elmi axtarışda olan adamların bir ölkədən digər ölkəyə getməsini ifadə edir. Elə “turist” adı da buradan götürülmüşdür.  Beynəlxalq Assosiasiya tərəfindən qəbul edilən tərifə görə isə turizm sosial-iqtisadi sistem kimi insanların daim yaşayış yerindən fərqli, onların əmək fəaliyyəti ilə bağlı olmayan məkanlara yerdəyişmə və gəlişi zamanı meydana çıxan münasibətlərin, əlaqə və hadisələrin məcmusu sayılır.

Turizmin iqtisadi mahiyyəti onunla izah olunur ki, o, müştərilərə məhsulunu və xidmətlərini təklif etməklə yerli sənayenin, kənd təsərrüfatının və digər sahələrin tələbini canlandırır, onların inkişafına, istehlak mallarının istehsalını artırmağa, məşğulluğun yüksəldilməsinə təsir göstərir. Bununla həm də turist axını mədəniyyət, əyləncə, istirahət müəssisələrinin (muzeylər, incəsənət, idman-kurort, sərgilər, xalq sənətkarlığı, abidələr, şou və s.), mehmanxanaların, nəqliyyat müəssisələrinin gəlirlərini artırır. Bu isə vergi ödəmələri hesabına fayda verir və  ölkəyə xarici valyuta axınına səbəb olur.

Dünyanın bir çox ölkələrində turizm insanların sağlamlığında, asudə vaxtlarının səmərəli istifadəsində, iqtisadiyyatda  önəmli yer tutur, regionların sosial inkişafına təkan verir, büdcəyə əlavə vəsaitlərin cəlb edilməsinə əlverişli şərait yaradır.  Bu gün dünya milli məhsulunun, dünya investisiyalarının, iş yerlərinin və dünya istehlak xərclərinin 10%-i turizmin payına düşür. Qeyri-neft sahələrinin yüksəlişi ilə davamlı iqtisadi inkişafın təmin edilməsi müasir dövrdə ölkədə qarşıda duran mühüm  vəzifədir.  Çoxsaylı tədqiqatlar göstərir ki, turizm öz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur.

Ümumiyyətlə turizm və sosial-mədəni servis xidməti fəaliyyət növü kimi əhalinin asudə vaxtının səmərəli istifadə edilməsinə, ekskursiya, səyahət və turist marşrutlarının təşkilinə, həmçinin turistlərin başqa xidmət növlərindən istifadəsinin genişlənməsinə təkan verir. Turizm xidmətləri bilavasitə turist təşkilatlarının fəaliyyətinin nəticəsidir. Turizm xidməti əməyin spesifik xüsusiyyətlərini və məzmunu müəyyənləşdirən milli iqtisadiyyatın müstəqil sahəsidir. Turizmdə əmək məhsuldarlığının artım sürəti üçün xidmətin səviyyəsinin yüksəldilməsi, əməyin təşkili və stimullaşdırılmasının forma və üsullarının təkmilləşdirilməsi, turizmin sosial-mədəni servis xidmətlərinin təşkili zəruridir.

Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədilə 2006-cı ildə Turizm İnstitutu yaradılmış, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılmış, eyni zamanda, Ümumdünya Turizm Təşkilatının və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif təlim proqramları həyata keçirilməkdədir.

Bununla yanaşı, turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur. Aparılan hesablamalara görə, dünyada milli məhsulun, dünya investisiyalarının, iş yerlərinin və dünya istehlak xərclərinin 10 faizi turizmin payına düşür. Azərbaycanda isə 2015-ci ildə ümumi daxili məhsulun 4,5 faizi, ölkə üzrə investisiyaların 5,3 faizi turizmin payına düşür, iqtisadi fəaliyyətlə məşğul olan əhalinin 1,1 faizi turizm sahəsində çalışır. Göründüyü kimi, son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyiş bu vəzifənin yeni imkanlarına adekvat surətdə cavab verərək, həllinə şərait yaradır.

Azərbaycan Respublikasında turizm sektorunun dayanıqlı inkişafının təmin edilməsi və turizmin ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2010-cu il 6 aprel tarixində “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanmışdır.

Dövlət Proqramının başlıca məqsədi Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsini təmin etməklə yanaşı, turizmin fəaliyyətinin genişləndirilməsinə şərait yaradılmasıdır.

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən biri də ölkə üçün əsas sahə olan turizmin formalaşması və inkişafıdır. Hazırda ölkəmizdəki turizm xidmətlərinin keyfiyyətinə görə Türkiyədən və fəaliyyətdə olan qiymətlərə görə Gürcüstandan geri qalırıq. 2014-cü ildə Azərbaycanda turizmin ümumdaxili məhsulda payı 4,1% təşkil etdiyi halda, bu göstərici qonşu Gürcüstanda 7,5%, Türkiyədə isə 12,3% təşkil etmişdir. Bu məqsədlə ölkədə bir sıra kompleks tədbirlər həyata keçirilmiş və hal-hazırda da davam etdirilməkdədir. Son illər Azərbaycanda turizm sahəsində beynəlxalq əlaqələrin təşkili və inkişaf etdirilməsi, turizm imkanlarının təbliği, milli turizmin inkişafı və turizmin infrastrukturlarının yeniləşməsi sahəsində konkret istiqamətlər müəyyənləşdirilib. Bu baxımdan Azərbaycanda turizmi inkişaf etdirmək məqsədilə aşağıdakı vəzifələr qarşıya qoyulmuşdur: Turizm sahəsində sahibkarlığın, turistlərə xidmətin keyfiyyətinin yüksəldilməsi, bunların beynəlxalq standartlara uyğunlaşdırılması, turizm fəaliyyətinin dövlət tənzimlənməsi, turizm infrastrukturunun və sənayesinin inkişafı, eyni zamanda, xarici investorların turizm sferasına cəlb edilməsi, bu vəzifələrin ardıcıl olaraq həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 dekabr tarixli fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasında Turizm Şurasının yaradılması haqqında Əsasnamədə bir daha göstərilmişdir.

Hazırda “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektoru üzrə strateji yol xəritəsi”nin əsaslarından biri olan turizm sferasının gündən-günə  inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq turizmə inteqrasiya etməsindən çox aslıdır. Ümumilikdə, 2014-cü ildə ölkəyə gələn turistlərin sayı 2,3 milyon nəfər olub. Xarici turistlərin ölkədəki xərcləri 1,3 milyard manat, turizm və aidiyyatı sahələrdə çalışan işçilərin sayı 42 min nəfər, turizm sahəsinin ölkənin ümumi daxili məhsulundakı xüsusi çəkisi isə 4,1% olub. Həmçinin, Azərbaycan mehmanxanalarında keçirilən gecələmələrin sayı 2013-cü illə müqayisədə 0,8% artaraq 1687,5 min adam-gecə təşkil edib. Bunun 47,6%-i xarici ölkə vətəndaşlarının payına düşüb. Ümumi gecələmələrin 64,1 faizi Bakı şəhərində qeydə alınıb. Eyni zamanda, mehmanxana və mehmanxana tipli müəssisələrdə 392,8 min nəfər xarici ölkə vətəndaşı gecələyib. Onların əsas hissəsini Böyük Britaniya, Rusiya, Türkiyə, ABŞ, Almaniya, İran, İtaliya, Ukrayna,  Fransa, Gürcüstan, Çin və Qazaxıstan vətəndaşları təşkil edib. Əcnəbilərin 73,2 faizi ölkəyə turizm məqsədilə səfər edib. 2013-cü illə müqayisədə bu müəssisələrin xidmətlərindən istifadə edən Bolqarıstan, Estoniya, Finlandiya, Çexiya, Yaponiya, Belçika, Polşa, Türkiyə, Moldova, Çin, Almaniya və Rumıniya vətəndaşlarının sayında daha çox artım müşahidə olunub. Turistlərin 43,1 faizi istirahət və əyləncə, 37,5 faizi işgüzar, digərləri isə turizm  məqsədilə ölkəyə səfər edib. İstirahət və əyləncə məqsədilə Bakı, Naxçıvan, Quba, Şamaxı, Şəki, Masallı, Qəbələ, Mingəçevir, Abşeron, İsmayıllı, Qusar, Lənkəran və Qaxa səfər edən turistlərin sayı daha çox olub. Turizm məqsədilə xarici ölkələrə səfər edən ölkə vətəndaşlarının 34,7 faizini Bakı sakinləri təşkil edib.

Bütün bunlar göstərir ki, respublikada turzimin inkişafı üçün əlverişli şərait vardır. Bu isə ölkənin ümumdaxili məhsulunun formalaşmasında, tədiyyə balansının sabitləşdirilməsində, əhali məşğulluğunun təmin olunmasında və büdcə daxilolmalarının artırılmasında böyük rol oynayır. Azərbaycanda 2014-cü ildə ölkə üzrə 535 mehmanxana və mehmanxana tipli müəssisələrin nömrələrinin sayı 4,9 faiz artaraq 17367 vahid, bir dəfəlik tutumu isə 5% artaraq 37278 çarpayı-yer olub. Birdəfəlik tutumun 12761-i Bakı şəhərində yerləşən mehmanxanalardır.

2015-ci ilin statistikası Azərbaycanda turizm göstəricilərinin artan xətt üzrə getdiyini göstərir. Ölkəyə gələn xarici vətəndaşların sayı həmin il 973,5 min nəfər olub. Onların 310,7 min nəfəri Rusiya Federasiyası, 283,4 min nəfəri Gürcüstan, 148,2 min nəfəri Türkiyə, 72,8 min nəfəri İran, 27,2 min nəfəri Ukrayna, 19,4 min nəfəri Birləşmiş Krallıq, 12,5 min nəfəri Qazaxıstan, 7,8 min nəfəri Almaniya, 6,5 min nəfəri Amerika Birləşmiş Ştatları, 85,0 min nəfəri isə digər ölkələrin vətəndaşlarıdır.

Bu müddətdə ölkəyə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,9 faiz, 29,1 faiz, 15,2 faiz və 7,5 faiz təşki edib. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana səfər edən Almaniya, Böyük Britaniya, İtaliya, Avstriya, Belçika, Çex Respublikası, İsveçrə, Fransa, Niderland, Portuqaliya, Serbiya, Slovakiya, Yunanıstan, eləcə də Belarus, Ukrayna, Türkmənistan, BƏƏ, İsrail, Yaponiya və Avstraliya vətəndaşlarının sayında daha çox artım müşahidə olunub.

Davamlı olaraq 2016-cı ildə Azərbaycana gələn turistlərin sayı artmışdır. Belə ki, ölkəyə gələn xarici ölkə vətəndaşlarının sayı 2 milyon nəfərdən çox olmuşdur. Bu da keçən illə müqayisədə 11,7 faiz artım deməkdir. Bu il ölkəyə gələn turistlər arasında Rusiya, Gürcüstan, Türkiyə, İran və başqa dövlətlərdən gələnlər çoxluq təşkil etmişdir. 2015-ci illə müqayisədə 2016-cı ildə ölkəyə İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistandan və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə və İraqdan 30 dəfə çox turist gəlmişdir.  Bütün bu gəlişlər Azərbaycanda yaranmış turizm mühitinin yaxşılaşmasından xəbər verir.

Göründüyü kimi, Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. Görülən kompleks işlərin nəticəsi olaraq ölkəyə gələn turistlərin sayı ilbəil artır, ölkədə faəliyyət göstərən turizm şirkətləri şəbəkəsi genişlənir (cədvəl 1). 

Cədvəl 1. Respublikada  turizm müəssisələrinin əsas göstəricilərinin təhlili

     Göstəricilər 2001 2005 2010 2012 2013 2015
Müəssisələrin sayı, vahid 18 81 126 170 197   243
İşçilərin sayı, nəfər 127 646 1418 1730 1729 1586
Müəssislərin əldə etdiyi gəlir,min manat 443,9 6020,9 19065,3 2712,5 29600,9 36482,2
Məhsul(xidmət) istehsalına çəkilən xərclər, min manat 1250 5160 17811,3 23540,8 25292,5 29840,0
Əhaliyə satılmış turizm yollayış blanklarının sayı, ədəd 2172 16444 34121 62866 65448 44615
Əhaliyə satılmış turizm yollayış blanklarının dəyəri, min manat 400 3253,3 25848,7 40693,2 42892,3 33474,7
Qəbul edilmiş və göndərilmiş turistlərin sayı, nəfər 11679 40008 69923 101431 91961 61965

 

Cədvəlin məlumatlarından göründüyü kimi, 2005-2015-cü illərdə ölkədə turist müəssisələrinin syaı davamlı olaraq artmışdır. Belə ki, 2005-ci ildə turist müəssiələrinin sayı 81 vahid olmuşdursa, 2015-cı ildə 243, 2013-cü ildə 197, 2012-cü ildə isə 170  vahid təşkil etmişdir. 2005-ci illə müqayisədə 2015-cü ildə turist müəssisələrinin sayı 3 dəfə artmışdır.

Turizm fəlaiyyətini xarakterizə edən keyfiyyət göstəricilərindən biri turist müəssisələrinin əldə etdiyi gəlirdir. 1 saylı cədvəlin məlumatlarından göründüyü kimi bu dövrdə turist müəssisələrinin əldə etdiyi gəlir artmışdır. Belə ki, 2015-ci ildə turizm müəssisələrinin əldə etdiyi gəlirin həcmi təxminən 36482,2mln. manat, 2013-cü ildə 29600,9 mln manat, 2012-ci ildə isə 2712,5. mln. manat təşkil etmişdir. 2005-ci illə müqayisədə 2015-ci ildə turizm müəssisələrinin gəlirləri altı dəfə, 2013-cü illə müqayisədə isə 23,2% artmışdır. Turist müəssisələrinin əldə etdiyi gəlirin bu dəyişiklikləri qarşılığında turist müəssisələrinin məhsul (xidmət) istehsalına çəkilən xərclərinin dəyişməsi müvafiq olaraq 5,8 dəfə və ya 18% təşkil etmişdir.

Əhaliyə satılmış turizm yollayış blanklarının sayının dinamikasındakı dəyişikliklər turist axınının intensivliyi haqqında ümumi təsəvvür yaradır. Təhlil edilən dövrdə ölkənin turizm sektorunun bu göstəricisinə də davamlı artım xas  olmuşdur. Belə ki, 2005-ci ildə əhaliyə satılmış turizm yollayış blanklarının ümumi sayı 16444 ədəd, 2015-ci ildə 44615 ədəd təşkil etmişdir. 2005-ci illə müqayisədə 2015-ci ildə əhaliyə satılmış turizm yollayış blanklarının ümumi sayı 2,7 dəfə artmışdır. Bütün bunlar onu göstərir ki, hələ də Respublikada turizm fəaliyyətinin yaxşılaşdırılması üçün istifadə olunmayan imkanlar (ehtiyatlar) vardır.

Göründüyü kimi, Azərbaycanda turizmin xidmətlərinin coğrafiyası böyükdür. Bu baxımdan,  xarici ölkə vətəndaşlarının hansı növ turizm xidməti üçün ölkəyə gəlməsinin böyük iqtisadi əhəmiyyəti vardır. Belə ki, bu gəliş zamanı  xarici ölkə vətəndaşlarının həm ölkə haqqında maraq dairəsini, həm ölkənin hansı sahənin inkişafına daha çox diqqət ayıracağını, həm də hansı növ turizm xidmətlərində problemlərin mövcudluğu və bunların aradan qaldırılması yollarının müəyyənləşdirilməsi üçün stimul yaranır. (Cədvəl 2)

Cədvəl 2. Azərbaycana gəlmiş xarici turistlərin məqsədləri
İllər  üzrə dinamikası, min nəfər.

Turistlərin məqsədləri 2005 2012 2013 2015
Min nəfər % Min nəfər % Min nəfər % Min nəfər %
Xarici ölkə vətəndaşlarının turizm məqsədilə ölkəyə gələnlərin sayı-cəmi 692,7 100% 1985,9 100% 2129,5 100% 2006,2 100%
İstirahət, əyləncə turizmi 404,5 58 687,8 35 705,2 33 668,8 33,3
Biznes və işgüzar turizmi 261,8 38 595,3 30 648,9 30 632,3 31,5
Müalicə turizmi 7,6 1 43,0 1 46,2 1 36,5 1,8
Dini turizm 4,2 1 13,2 1 13,7 1 11,5 0,6
Qohumların, dostların ziyarəti 607,8 62 673,7 32 542,0 27,0
Digər turizm məqsədləri ilə 14,6 1 38,8 1 41,8 1 115,1 5,8

 

Xarici turistlərin 33,3%-i istirahət və əyləncə, 31,5%-i biznes və işğüzar, 1,8%-i müalicə, 0,6%-i dini, 27%-i qohumları, dostları ziyarət və 5,8%-i digər turizm məqsədi ilə ölkəyə səfər etmişdir. Təhlil göstərir ki, 2015-ci ildə ölkədə 11040,6 min gecələmə keçirmişdir. Gecələmələrin 49,8%-i Bakı şəhərinin, 9,6%-i Quba-Xaçmaz, 5,1%-i Aran, 14,6%-i Gəncə-Qazax, 5,1%-i Lənkəran, 2,2%-i Şəki-Zaqatala, 6,5%-i Naxçıvan, 3,1%-i Abşeron, 4%-i digər iqtisadi rayonlarda keçirmişdir. Hesablama göstərir ki, bir turist ölkədə orta hesabla 5,2 gecələmə keçirmişdir.

Hazırda “Mədəniyyət və Turizm” nazirliyinin fəaliyyətinin mühüm bir hissəsi turizm sahəsinin inkişafı, Azərbaycanın zəngin mədəniyyətinin təbii gözəlliklərinin, turizm imkanlarının xaricdə tanıdılması ilə bağlıdır. Beynəlxalq turizm sərgilərində fəal iştirak, dünyanın aparıcı televiziya kanallarında Azərbaycanın turizm imkanlarının təbliği, nüfuzlu nəşrlərin brendi ilə ölkəmiz haqqında bələdçi kitablarının hazırlanması və s. bu məqsədə xidmət edir. Bununla yanaşı, ölkəmiz beynəlxalq təşkilatlarda, o cümlədən Ümumdünya Turizm Təşkilatı, İslam Konfransı Təşkilatı, GUAM, İƏT və başqa qurumlarla sıx əməkdaşlıq edərək artıq yeni bir turizm istiqaməti kimi dünyaya açılmağa başlayıb.

Azərbaycan hər il 20-yə yaxın beynəlxalq turizm sərgisində təmsil olunur. Xarici ölkələrlə turizm əlaqələrinin genişləndirilməsi, respublikamızda mehmanxana və mehmanxana tipli obyektlərin, eləcə də turizm şirkətlərinin sayının artması, dünya standartlarına uyğun turizm xidməti infrastrukturunun yaradılması bu sahədə məqsədyönlü fəaliyyətin nəticəsidir. Hazırda turistlər üçün viza rejiminin sadələşdirilməsi, yeni turist qarşılama yerlərinin yaradılması, ilboyu turizmin təşkili, Azərbaycanın turizm potensialının dünyanın ən məşhur televiziya kanallarında tanıdılması istiqamətində fəaliyyətimiz davam etdirilir. Bunun  nəticəsidir ki, 2016-cı ildə  ölkəyə qonşu ölkələr üzrə gələnlərin sayının azalmasına baxmayaraq, İran İslam Respublikası, İran körfəzi və Yaxın Şərq, Avropa, Asiya, Afrika ölkələri, Amerika və Avstriya üzrə gələnlərin sayında artım olub.

Bu gün Azərbaycanda beynəlxalq turizm sənayesi diqqət mərkəzindədir. Belə ki, Dünya Səyahət və Turizm Şurasının (WTTC) qiymətləndirilməsinə görə, 2015-ci il ərzində ÜDM-də turizmin birbaşa çəkisi 1.3 mlrd. manat, ümumi çəkisi isə 4.9 mlrd. manat olmuşdur ki, bu da öz növbəsində göstəricilərin müvafiq olaraq 2,4% və 8,8% təşkil etməsi deməkdir. Sözügedən qurumun məlumatlarına əsasən, ölkədaxili turizm xərcləri 21% artaraq 1.7 mlrd. manat, turizm sahəsinə qoyulan kapital sərmayəsi isə 20% artaraq 360 mln. manat təşkil etmişdir.

Azad bazar iqtisadiyyatı şəraitində Azərbaycan şəraitində aparılmış radikal islahatlar nəticəsində baş vermiş əhəmiyyətli sosial-iqtisadi dəyişiklilklər turizm fəaliyyəti üçün yeni iqtisadi mühit formalaşmışdır. Bu baxımdan turizm formalarının tənzimlənməsi və onların fəaliyyətinin təhlili hər şeydən əvvəl audit qiymətləndirməsinə şərait yaratmışdır.

Turizm formalarının müvəffəqiyyətlərinin əsas şərtlərindən biri onun fəaliyyətinin audit qiymətləndirməsidir. Hazırda turizm fəaliyyətinin müəyyən edilməsində və audit qiymətləndirilməsində çox zəruri olan göstəricilərdən istifadə olunur .

  1. Turist fəaliyyətindən əldə edilən gəlir;
  2. Turizm gəlirinin əhalinin hər bir nəfərinə düşən həcmi;
  3. Turizm gəlirinin ümumdaxili məhsulda xüsusi çəkisi;
  4. Əhaliyə satılmış turizm yollayış blanklarının dəyəri;
  5. Turizm xidmətinin keyfiyyəti;
  6. Turizm fəaliyyətinin səmərəliliyi;
  7. Məhsul (xidmət) istehsalına çəkilən xərclər;

Beləliklə, yuxarıda qoyulan məsələnin həllində, həmçinin, ölkə rəhbərinin təşəbbüsü ilə hazırlanan “ Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektoru üzrə strateji yol xəritəsi ”nin də böyük təsiri olacaqdır. Belə ki, yol xəritəsində müəyyən edilən prioritet istiqamətlərdən biri də xidmət sektorudur. Xidmət sektorunun əsası olan turizm fəaliyyətinin formalaşması və inkişafı üçün aşağıdakılar təklif olunur.

  1. Turizm inkişafı üçün məqsədyönlü büdcə fondu yaradılması.
  2. Turistlərin ölkə ərazisində maneəsiz hərəkəti təmin edilməsi.
  3. Xaricə gedən Azərbaycan turistlərinin hüquqlarının və qanuni maraqlarının qorunması təmin edilməsi.
  4. Turizm fəaliyyətinin tənzimlənməsində hüquqi-normativ aktlar təkmilləşdirilməsi.
  5. Ekoloji turizm fəaliyyəti üçün xüsusi qoruqların yaradılması təmin edilməsi.
  6. Turizm bazarının xüsusiyyətlərini nəzərə alaraq vahid qaydalar sistemi hazırlanması.
  7. Ölkəyə gələn turistlər üçün viza rejiminin sadələşdirilməsi.
  8. Turizmin infrastruktrunun təkmilləşdirilməsinin təmin edilməsi.
  9. Turizm məhsullarının ixracına üstünlük verilməsi.
  10. Turizm sənayesinin daha da formalaşmasına şərait yaradılması.
  11. Turizm fəaliyyətində sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılması.
  12. Turizm sahəsində beynəlxalq əməkdaşlığın və işgüzar əlaqələrin genişlənməsinə nail olmaq.

Ümumiyyətlə, xidmət sektorunun əsası olan turizm fəaliyyətinin formalaşması, inkişafı və rəqabətə davamlılığı ölkənin gələcək sabit inkişafında, beynəlxalq iqtisadiyyata inteqrasiyasında və dünya iqtisadiyyatında əsaslı mövqe tutmasında tam təminatçı olacaqdır.

 

“İqtisadiyyat” qəzeti, 2-8 mart

i.e.d., prof. Hacıyev Fazil Şöhlət
 Azərbaycan Dövlət İqtisad Universiteti,
“Mühasibat uçotu və audit” kafedrası

5488 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser