fazili.e.d., prof. Fazil Şöhlət oğlu Hacıyev

Füzuli rayonununda anadan olub.

1974-1976-cı illərdə keçmiş Almaniya Demokratik Respublikasındakı sovet hərbi   kontingentinin tərkibində  xidmət edib.

1982-ci ildə D.Bünyadzadə adına Azərbaycan  Xalq Təsərrüfatı  İnstitutunun (indiki Azərbaycan Dövlət  İqtisad  Universiteti)  Uçot-iqtisad fakültəsini  fərqlənmə diplomu ilə bitirib.
1982-ci ildə Ali   təhsilli   mütəxəssis  kimi Fuzuli rayonu  “Araz”  sovxozunda mühasib işləyib. 1983-1985-ci illərdə isə rayon komsomol komitəsində təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb.

1985-1988-ci illərdə istehsalatdan ayrılmaqla  universitetin aspiranturasında  əyani təhsil alıb. 1988-ci ildə dissertasiya işini M.B.Lomonosov  adına Moskva Dövlət Universitetində “Mühasibat uçotu, nəzarət  və təsərrüfat  fəaliyyətinin  təhlili” doktorluq  işi  üzrə ixtisaslaşmış müdafiə şurasında müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.

1988-ci ildə “Təsərrüfat fəaliyyətinin təhlili” kafedrasınının nəzdində laboratoriya müdiri,  1989-cu ildə isə həmin kafedranın müəllimi, baş müəllimi vəzifələrində işləyib, 1996-cı ildə müsabiqə  yolu ilə dosent seçilib.

2001-2005-ci illərdə Uçot-iqtisad fakültəsinin əyani şöbəsində tədris   işləri   üzrə  dekan  müavini vəzifəsində işləyib. 2001-ci ildə həmin fakultədə dekan vəzifəsini icra edib.

2000-2003-cü ildə İqtisad Universitetinin  Uçot-iqtisad fakultəsində həmkarlar təşkilatının sədri işləyib.

2010-cu ildə “Mühasibat uçotu, statistika” ixtisası üzrə iqtisad elmləri doktoru alimlik dərəcəsi elm adına layiq görülmüşdür və  Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilib.

Hazırda Azərbaycan  Dövlət İqtisad  Universitetinin  “Maliyyə  və audit” kafedrasının iqtisad elmləri doktoru, professorudur.

160-dən çox elmi-metodiki əsərin (3 monoqrafiya, 2 dərslik, 4 dərs vəsaiti, 18 metodik göstəriş,    20 tədris proqramı) müəllifidir. Xarici ölkələrdə 15 elmi məqaləsi nəşr olunub. 10-dən çox beynəlxalq konfransın materiallarında elm məqalələri çap edilib.

Respublikanın iqtisadi həyatı ilə bağlı 25 –dən çox elmi məqalələri nəşr olunmuşdur.

 

 

*

Professor F.Hacıyev 2017-ci ildə “Təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nəaliyyətlər əldə etdiyinə görə” və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülüb.

UNEC-in professoru beynəlxalq konfransda “Azərbaycanın aqrar sektorunda məşğulluğun inkişaf perspektivləri” mövzusunda çıxış edib.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

F.Hacıyev. Audit
F.Ş.Hacıyev., N.A.Qədilmi. İdarəetmə təhlili

fazil_6685konfransfazil8b77764c8df5

DSC_9642fazil-hacıyevDSC_4805

UNEC professorları beynəlxalq konfransda (23.10.2017)
Azərbaycanın sosial-iqtisadi inkişafında turizmin fəaliyyətinin təhlili və audit qiymətləndirilməsi (10.03.2017)