S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini müəllim-filoloq ixtisası üzrə bitirmişdir.
1990-2000-ci illərdə N.A.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialında Linqafon kabinetinin müdiri vəzifəsində işləmişdir.
2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «Rus dili»
kafedrasında müəllim vəzifəsində çalışmışdır.
2004-cü ildən UNEC-in «Rus dili» kafedrasının baş müəllimi olub.
Hazırda UNEC-in “Xarici dillər” kafedrasının baş müəllimidir.
3 dərs vəsaitinin, 8 tezisin, 14 elmi məqalənin müəllifidir.