1974-cü il aprelin 1-də Bakı şəhərində anadan olmuşdur.
1991-ci ildə M.Ə.Rəsulzadə qəsəbəsindəki 99 saylı orta məktəbi, 1997-ci ildə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini bitirmişdir.
1998-ci ildən Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Qeyri-ərzaq mallarının əmtəəşünaslığı” kafedrasında baş laborant, 1999-ci ildən həmin kafedrada assistent, 2003-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Qeyri-ərzaq mallarının əmtəəşünaslığı” kafedrasında baş müəllim vəzifələrində çalışıb.
2005-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının ekspertizası” kafedrasında baş müəllimidi olub.
20.04.2022-ci il tarixdən UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti vəzifəsinə keçirilib.
*
2 dərslik, 6 proqram, 4 metodiki vəsait, 10 elmi məqalə və 30-dan çox tezisin müəllifidir. 1 elmi-texniki qurğunun ixtiraçısıdır. İxtirası ilə bağlı biri Rusiya Federasiyasında olmaqla iki patentin müəllifidir.
2014-cü ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Elmi-Tədqiqat “Aqromexanika” institutunun dissertantıdır. “Qarğıdalı qişasının toxumluq dən almaq üçün işlənmə texnologiyasi və qurğusunun təkmilləşdirilməsi” mövzusunda dissertasiya işini yerinə yetirir. Dissertasiya mövzusu ilə əlaqədar olaraq biri xaricdə olmaqla ümumilikdə 7 məqaləsi çap olunmuşdur.
Ailəlidir, iki övladı var.