14 iyun 1975-ci ildə Tərtər rayonunda anadan olmuşdur.
1992-ci ildə Tərtər rayon 1 saylı orta məktəbi gümüş medalla bitirmişdir. 1993-1997-ci illərdə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Qeyri-ərzaq malları əmtəəşünaslığı” ixtisası üzrə bakalavr, 1997-1999-cu illərdə isə həmin institutun eyniadlı ixtisası üzrə magistr səviyyəsində təhsil alaraq fərqlənmə diplomları ilə bitirmişdir.
V.H.Musayeva 1999-cu ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Qeyri-ərzaq mallarının əmtəəşünaslığı” kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. 2000-ci ildən saathesabı dərs aparmışdır . 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının ekspertizası” kafedrasının assistenti, 2003-cü ildən baş müəllim vəzifəsində çalışmış, 2020-ci ildən isə “Mühəndislik və tətbiqi elmlər “ kafedrasının baş müəllimidir.
2014-ci ildə AMEA-nın Mikrobiologiya İnstitutunun dissertanturasına daxil olmuş, 2021-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək Biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
51 elmi-metodiki əsərin (26 tezis, 17 məqalə, 5 tipik proqram, 1 avtoreferat, 2 dərslik) müəllif və həmmüəllifidir.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədrisin keyfiyyətinin yüksəldilməsi, onun təşkili prosesində mövcud problemlərin müəyyən edilməsi üçün “keyfiyyət elçisi” vəzifəsinə seçilmişdi.
UNEC-in 90 illik yubileyi münasibətilə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərinə görə UNEC rektorunun Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Mühəndislik fakültəsi üzrə YAP koordinatorudur.
Ailəlidir, bir övladı var.