vusala_3248.b/m. Musayeva Vüsalə Hacı qızı

14 iyun  1975-ci ildə Tərtər  rayonunda  anadan  olmuşdur.

1992-ci ildə  Tərtər rayon  1 saylı  orta  məktəbi gümüş  medalla bitirmişdir.

1993-cü ildə  Bakı  Əmtəəşünaslıq-Kommersiya İnstitutunun Qeyri-ərzaq mallarının əmtəəşünaslığı fakültəsinə  daxil olmuş, 1997-ci ildə institutun  bakalavr təhsil pilləsini  Fərqlənmə  diplomu ilə bitirərək, həmin fakültənin Magistratura  şöbəsinə daxil olmuşdur. 1999-cu ildə isə Magistratura  pilləsini  Fərqlənmə diplomu ilə  bitirmişdir. Həmin ildən  Bakı  Əmtəəşünaslıq-Kommersiya  İnstitutunun  “Qeyri-ərzaq mallarının  əmtəəşünaslığı”  kafedrasında  baş laborant  kimi işə başlamışdır.

2000-ci ildən saathesabı dərs aparmışdır. 2001-ci ildə  Azərbaycan Dövlət İqtisad Universitetinin  “İstehlak  mallarının  keyfiyyət  ekspertizası” kafedrasının  assistenti,
2003-cü ildən isə  baş müəllim vəzifəsində  çalışır.

 

 

 

*

2014-cü  ildən AMEA-nın  dissertantıdır.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)  tədrisin keyfiyyətinin yüksəldilməsi, onun təşkili prosesində mövcud problemlərin müəyyən edilməsi üçün “keyfiyyət elçisi” vəzifəsinə seçilmişdi.

37 elmi əsərin (24 tezis, 6 məqalə, 5 tipik  proqram ,  2 dərslik)  müəllifidir.

Ailəlidir, bir övladı var.

Foto_12-7DSC_9184DSC_91851-IMG_5143

UNEC tələbələri müasir istehsal texnologiyaları ilə tanış olublar (23.11.2016)
ADNSU və UNEC tələbələri Azərbaycan gənclərinin müasir problemlərini müzakirə ediblər (19.11.2016)