21 sentyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1992-ci ildə Bakı şəhər 75 saylı orta məktəbini gümüş medalla bitirmişdir.
1993-cü ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun Qeyri-ərzaq mallarının əmtəəşünaslığı fakültəsinə daxil olmuşdur. 1997-ci ildə institutun bakalavr təhsil pilləsini bitirərək, həmin fakültənin magistratura şöbəsinə daxil olmuşdur. 1999-cu ildə həmin institutun magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən Bakı-Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Qeyri-ərzaq malları əmtəşünaslıgı” kafedrasında baş laborant kimi işə başlamışdır.
*
2000-ci ildən saathesabı dərs aparmışdır. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Qeyri-ərzaq malları əmtəəşünaslıgı” kafedrasının assistenti,
2003-cü ildən isə baş müəllim vəzifəsində çalışıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının eksperizası” kafedrasının baş müəllimi vəzifəsində çalışır.
2015-ci ildən AMEA-nin dissertantıdır. Dissertasiya işinin mövzusu “Bərk halda olan qeyri-ərzaq tullantılarının təbiətdə biokonvensiyası”na həsr olunmuşdur.
33 (2 dərslik, 1 dərs vəsaiti, 2 metodik göstəriş, 3 proqram, 4 məqalə, 21 tezis) elmi əsərin müəllifidir.
Ailəlidir, bir övladı var.