Ağdam şəhərində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra 1994-1998-cü illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Ərzaq mallarının əmtəəşünaslığı” fakültəsinin bakalavr təhsil pilləsini Fərqlənmə diplomu ilə bitirmişdir.
1999-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının keyfiyyət ekspertizası” ixtisası üzrə Magistratura pilləsini Fərqlənmə diplomu ilə bitirərək İqtisad Universitetinin “İstehlak mallarının keyfiyyət ekspertizası” kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlamışdır.
**
2001-ci ildən saat hesabı dərs aparmışdır. 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarıın keyfiyyət ekspertizası” kafdrasının müəllimi vəzifəsində çalışıb.
2013-cü ildən İstehlak mallarıın ekspertizası” kafedrasının baş müəllimidir.
2012-ci ildən AMEA-nın dissertantıdır.
18 elmi əsərin (1-i xaricdə çap olunub) müəllifidir.
Ailəlidir. İki övladı var.