Bahman Huseynli_profileBəhman Eldar oğlu Hüseynli

CV

Strategiya və korporativ inkişaf üzrə konsultant
Biznes və marketinq analitikası üzrə ekspert

2009-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinin İqtisadi hüquq ixtisaslaşması üzrə bakalavr təhsili alıb. İlk magistr dərəcəsini 2017-ci ildə Türkiyənin İstanbul Universitetinin Marketinq ixtisası üzrə, ikinci magistr dərəcəsini 2018-ci ildə Türkiyənin Marmara Universitetinin Marketinq ixtisası üzrə əldə etmişdir.  Bəhman Hüseynlinin azərbaycan, ingilis və türk dillərində 40-dan çox elmi əsəri (elmi məqalələr, kitabda həmmüəlliflik, kitab fəsilləri, konfrans tezisləri) dərc edilmişdir. Onun elmi məqalələləri Beynəlxalq elmi baza olan SCOPUS, Web of Science, TR Dizin və s. kimi elmi bazalarda indekslənmişdir. Bəhman Hüseynli, marketinq araşdırması, marketinq strategiyası, marketinq analitikası, brendin idarə edilməsi, brendin yaradılması, brendin yaşadılması, istehlakçı davranışları, oyunlaşdırma, korporativ inkişaf və strateji inkişaf üzrə ixtisaslaşmışdır.

Azərbaycanda bakalavr təhsili alarkən iş həyatına başlayan Bəhman Hüseynli professional karyerasını Türkiyədə davam etdirib. O, strateji inkişaf (AA Kurumsal Gelişim, Dövlət Məşğulluq Agentliyi), tədqiqat metodologiyası (İstanbul Universiteti, Marmara Universiteti, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət İqtisad Universiteti) sahələrində, bank (VakıfBank, Bank of Baku), sığorta (Türkiye Sigorta, Başak-İnam Sığorta), sement sənayesi (Nuh Çimento), hazır beton (Nuh Beton) və gübrə sənayesi (İGSAŞ), ali təhsil (Marmara Universiteti, Maltepe Universiteti, UNEC, TKTA) kimi dövlət və özəl sektorda təcrübə qazanmış, 70-ə yaxın layihədə müxtəlif vəzifələrdə çalışmışdır. Bəhman Hüseynli konsaltinq sahəsində (AA Kurumsal Gelişim) çalışdığı müddətdə şirkətlərin böyümə və daralma strategiyaları ilə əlaqədar layihələrdə işləyib və şirkətlərin işçi, komanda və təşkilat səviyyəsində transformasiya, dəyişiklik və inkişaf layihələrində birbaşa iştirak etmişdir.

*

Bəhman Hüseynli hazırda Türkiyənin Marmara Universitetində Marketinq üzrə doktorantura (PhD) səviyyəsinndə elmi dərəcə almaq üçün tədqiqatlar aparır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin Əmək bazarının təhlili şöbəsinin müdiridir. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbində (MBA), Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) və Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH Qruplarında bakalavr və magistr səviyyəsində dərslər tədris edir.

Akademik profillər:

Linkedin 

Google Scholar 

Scopus 

Web of Science  

ORCID  

Researchgate 

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno