Beynəlxalq elmi konfrans: “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”

14 İYUN 2017 | VIEWS:

İyunun 14-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, UNEC, Clarivate Analytics (Thomson Reuters), Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Fəxri Xiyabanda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarına gül dəstələri düzüblər.

UNEC-in rektoru, professor Ədalət Muradov konfransda iştirak edən qonaqlara təşəkkürünü bilirib. Rektor, bugünkü konfransın məhz universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli mövzusuna həsr edilməsinin təsadüfi olmadığını bildirib: “Son dövrlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” əsas tutulmaqla universitetlərdə həyata keçirilən islahatlar nəticəsində universitetlərdən gözləntilər artıb. Universitetlər təhsil-elm-istehsal üçbucağı prizmasından qiymətləndirilir. Cəmiyyətdə artıq birmənalı olaraq qəbul edilir ki, praktika ilə əlaqəsi olmayan elm, elm və praktika ilə əlaqəsi olmayan təhsil, təhsil və elmlə əlaqəsi olmayan biznes mümkün deyil”.

Ə.Muradov bildirib ki, keyfiyyətli təhsil həm də ən ciddi, səmərəli, praktikada tətbiq edilə bilən biliklərin məhz təhsil prosesinə transformasiyasını özündə ehtiva edir: “Universitetlər insan kapitalı formalaşdıran ixtisaslaşmış müəssisələrdir. İnsan kapitalının dəyəri isə onun tətbiqi zamanı yarada biləcəyi əlavə dəyərin həcmi ilə ölçülür. Yüksək əlavə dəyər yarada bilən insan kapitalı isə innovativ, praktiki əhəmiyyətli araşdırma bacarığını tələb edir. Beləliklə, təhsil-elm-istehsal üçbucağında elm mərkəzi halqanı təşkil edir və universitetlərdə elmi fəaliyyətin idarə edilməsinə ənənəvi yanaşmanın dəyişməsini zəruri edir. İnanıram ki, bu gün elmi fəaliyyətin idarə edilməsi istiqamətləri müzakirə ediləcək və faydalı tövsiyələr veriləcək”.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan müstəqil dövlət kimi özünün ali təhsil müəssisələrində elmin idarə edilməsi sistemini müasirləşdirir: “Bizim çox güclü və zəngin ənənələrə malik elmi sistemimiz mövcud olub. Bu gün universitetlər iqtisadi artımın təmin edilməsində olduqca önəmli rol oynayır. Eyni zamanda, universitetlər əmək bazarı üçün yeni iş yerləri təklif edir”.

2016-cı ildə Milli Məclis tərəfindən “Elm haqqında qanun”un qəbulunu mühüm addım kimi qiymətləndirən nazir qeyd edib ki, müvafiq dövlət proqramı çərçivəsində yüzlərlə azərbaycanlı gənc alim dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almağa göndərilib. M.Cabbarov qeyd edib ki, elmin müasirləşdirilməsi, dünya elminə inteqrasiyasının rolunun artırılmasını təmin etmək müasir dövrdə qarşıda duran əsas çağırışlardandır. Bu sistemə cavab vermək imkanlarımızın geniş olduğunu diqqətə çatdıran nazir, yolun ilk mərhələsində olduğumuzu qeyd edib. Nazir bildirib ki, insan kapitalının formalaşması ilə məşğul olan ali təhsilin rolu davamlı şəkildə yüksəlir: “Universitetlərimiz ənənəvi şəkildə kadr yetişdirməklə yanaşı, biliklərə əsaslanan məhsul istehsalçısına çevrilir. Son illər elmi tədqiqat fəaliyyətinə qrantların cəlb olunması üçün müvafiq tədbirlər görülüb. Bu da gənclərin elmə marağını bir daha artırmış olur”. M.Cabbarov milli ali təhsilin dayanaqlılığının təmin edilməsinin önəmini vurğulayıb: “Ona görə də universitetlərin yeni idarəetmə modelini yaradırıq. Ölkədə bu günə qədər tədris olunmayan bir sıra elmi tədqiqatla bağlı fənlərimiz mövcuddur. Bu gün ölkədə savadlı alimlərimiz var. Tədqiqat universitetlərinin yaradılması ilə onların potensialından geniş şəkildə istifadə edilməsinə şərait yaradılacaq. Heç də hər bir elmi araşdırma uğurla nəticələnmir. İnnovasiyaların cüzi hissəsi istənilən nəticəyə gətirir. Lakin xırda bir uğur belə alqışlanandır”.

İnkişaf etməkdə olan ölkələr üzrə qlobal direktor Viji Krişnan elm və texnologiyanı müasir dünyada ölkənin uğurunu müəyyən edən əsas amil kimi dəyərləndirib. Bu sahədə universitetlərin üzərinə böyük iş düşdüyünü bildirib. Keyfiyyətli elmi məhsulların axtarışında olduğunu bildirən xanım Krişnan əməkdaşlıq etdikləri ali təhsil müəssisələrindən danışıb: “Azərbaycan da bizim platformaya qoşulub. Abunələrimiz sırasından daim müsbət dəyişiklik müşayət edirik. Məsələn, ötən bir ildə Azərbaycanda elmi nəşrlərin sayı 20 faiz artıb. Azərbaycanda güclü elmi potensial olduğunu nəzərə alanda, əminliklə deyə bilərəm ki, bu yalnız başlanğıcdır.

Müəllif  Hüquqları Agentliyinin  sədri, professor Kamran İmanov ölkədə həyata keçirilən innovasiya və startap layihələrindən danışıb. İnnovasiyaların iqtisadi artımda həlledici rolundan danışıb. Azərbaycanın innovasiya sahəsində MDB məkanında birinci yerdə olduğunu bildirib. Ümumilikdə isə, Azərbaycan bilik iqtisadiyyatına görə 146 ölkə sırasında 76-cı yerdə qərarlaşdığını diqqətə çatdırıb.

Beynəlxalq Elm və Texnika İnformasiya Mərkəzinin direktoru Yevqeniy Uqrinoviç Azərbaycanla uğurlu əməkdaşlıqdan söz açıb. Elmmetriya sahəsində müştərək layihəyənin icrasına başladıqlarını bildirib.

ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Nobel mükafatı laureatı Aziz Sancar çıxışına bir dövlətin hərbi xərclərə ayırdığı vəsaitin elm və təhsilə ayırdığı vəsaitlərdən çox olması yaxşı hal deyil, sözləri ilə başlayıb: “Nəhəng Osmanlı imperiyası XVI əsrdən etibarən elmi tədqiqatlara ayrılan vəsaiti dayandırdı, bununla da sanki Osmanlı imperiyasının sonunun təməli qoyuldu. Xəritəyə baxanda görürük ki, nəhəng imperiyadan kiçik bir ərazi qaldı. Daha sonra müasir Türkiyə dövləti quruldu. Biz müasir Türkiyə və onun qurucusu Atatürklə qürur duyuruq. Mustafa Kamal Atatürk təhsil sahəsində islahatçı olub. Mən ucqar bir kənddə, kasıb, çoxuşaqlı ailədə dünayaya gəlmişəm. Atatürkün sayəsində isə gözəl təhsil almışam. Buna görə də həyatda qazandıqlarıma görə Atatürkə borcluyam”. Alim bu borcunu 2015-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülərkən ona təqdim edilən medalın Atatürkün mavzoleyinə hədiyyə etməklə ödədiyini bildirib”.

Azərbaycanı çox sevdiyini bildirən A.Sancar çıxışını “Azərbaycan türk dünyasının ürəyində yerləşən bir dövlətdir” sözləri ilə tamamlayaraq, dəvət üçün təhsil naziri Mikayıl Cabbarova təşəkkür edib.

Azərbaycan, ABŞ, Türkiyə, Rusiya, Yunanıstan, Macarıstan, Rumıniya, İsveçrə, İngiltərə, Litva, Qazaxıstan, Gürcüstan, Polşa, Moldova, Belarus, Qırğızıstan və digər ölkələrin nüfuzlu ali təhsil müəssislərinin rəhbərləri, elm adamları və tədqiqatçılarının qatıldığı konfrans öz işini panellərdə davam etdirib. Dünyanın nüfuzlu alimləri elm və təhsilin problemləri, perspektivləri, universitetlərdə elmmetriyanın tətbiqi, elmin iqtisadiyyatı və maliyyələşdirilməsi, əqli mülkiyyət hüquqlarının və elmi etikanın qorunması ilə bağlı müzakirələr aparıblar.

Konfrans çərçivəsində iyunun 13-də UNEC-də “Web Of Science” Sertifikasiya Proqramı üzrə seminar-treninq və “Web of Science bazasından istifadə və əməliyyat aparma qaydaları”na həsr olunan təlim də təşkil edilib. Eyni zamanda, “Elmmetriya üzrə vəsait: Elm və texnologiyaların inkişaf indikatorları” kitabının təqdim edilib. Kitabı UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun (İAETİ) əməkdaşları tərcümə edib. Nəşrin elmi redaktorları UNEC-in rektoru, professor Ədalət Muradov və UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənlidir. MDB məkanında ilk dəfə tərcümə olunan kitab Azərbaycan Milli Elmlər Akademiyası, ali təhsil müəssisələri və elmi kitabxanalara hədiyyə ediləcək.

 

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - onwin - Betosfer -

starzbet

- aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis - grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle