Suraxanı rayonu R.Ənnağıyev adına 141 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri UNEC-in Rus İqtisad Məktəbində bir günlük tələbə olublar. Şagirdlərə şərti tələbə biletləri təqdim edilib və Rus İqtisad Məktəbinin nümayəndəsi Vüsal Abasov onlara burada tədris edilən ixtisaslar barədə məlumat verib. Bir günlük tələbələr maliyyə, mühasibat uçotu və audit, dünya iqtisadiyyatı və menecment sahələri ilə maraqlanaraq, ixtisas dərslərində iştirak ediblər. Onlar UNEC-in kitabxanası və idman zalı ilə də tanış olublar.
“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.