BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) eksperti Tomas Metyu ADİU-da olub

18 FEVRAL 2015 | VIEWS:
321

Beynəlxalq ticarət sahəsində dünyanın aparıcı mütəxəssislərdən biri sayılan Tomas Metyu fevralın 18-də ADİU-nun əsas tədris binasında “Beynəlxalq Ticarət Sistemi – Tariflər və Ticarət üzrə Baş Sazişdən Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Bali Nazirlər Konfransınadək” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirədə beynəlxalq ticarətin tənzimlənmsəndə ÜTT-nin rolu, sözügedən təşkilat çərçivəsində aparılan ticarət danışıqlarının vəziyyəti və Bali Nazirlər Konfransında əldə olunan nəticələr barədə ətraflı məlumat verilib.

Həmin gün T.Metyu ADİU-nun II tədris binasında “UNCTAD-ın fəaliyyət istiqamətləri və beynəlxalq ticarətin tənzimlənməsində rolu” mövzusunda növbəti mühazirə ilə çıxış edib. O, BMT-nin ixtisaslaşdırılmış qurumu olan UNCTAD tərəfindən inkişaf etməkdə olan ölkələrə göstərilən ekspert dəstəyi, universitetlərin professor-müəllim və tələbələri üçün faydalı olan tədris və tədqiqat imkanları haqqında danışıb.

Mühazirələrdə ADİU-nun professor-müəllim heyəti, tələbə, magistr və doktorantları, eləcə də BİM fakultəsinin nəzdində fəaliyyət göstərən Tələbə Araşdırma Mərkəzinin üzvləri aktiv iştirak edib.

Mühazirələr zamanı UNCTAD eksperti iştirakçıların çoxsaylı suallarını cavablandırılıb.

322 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno