Borc böhranları: səbəbləri və həlli yolları

01 MART 2016 | VIEWS:
2199

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Borc böhranları: səbəbləri və həlli yolları” mövzusunda elmi seminar keçirilib.

Seminarda dünya borc böhranı, bu böhranın səbəbləri və dünya ölkələri tərəfindən həyata keçirilən anti-böhran tədbirlərinin səmərəliliyi, eləcə də Azərbaycanda firmaların borc problemləri müzakirə edilib.

UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Salman Nəcəfov ABŞ, Avropa ölkələri və Yaponiyada həyata keçirilən anti-böhran tədbirləri haqqında məlumat verib. Qeyd edib ki, iri həcmli anti-böhran proqramlarının həyata keçirilməsinə baxmayaraq, bu ölkələrdə iqtisadi artım templəri aşağı səviyyədə qalmaqdadır. Bununla yanaşı, həyata keçirilən stimullaşdırıcı tədbirlər fond bazarlarında “köpüklər” yaradıb, bu ölkələrdə və ümümiyyətlə, dünya iqtisadiyyatında əlavə risklərin yaranmasına gətirib çıxarıb.

Azərbaycanda firmaların borc problemlərindən danışan məruzəçi bildirib ki, ölkə banklarında problemli kreditlərin həmçinin yüksək olması firmaların ciddi borc problemləri ilə üzləşdiyini göstərir. Firmaların borc problemlərinin yumşaldılması üçün dünya iqtisadiyyatında geniş yayılan layihə maliyyəşməsinin ölkədə tətbiqinin zəruriliyini vurğulayıb.

Tədbirdə ölkə və dünya iqtisadiyyatında baş verən borc böhranı və onun səbəbləri, ölkədə firmaların borc probleminin yumşaldılması yolları haqqında fikir mübadiləsi aparılıb.

2200 1