Hüquq şöbəsininKamale m_ müdiri Bünyadova Kəmalə Aslan qızı

e-mail: [email protected]

19 dekabr 1965-ci ildə doğulmuşdur. 

1983-cü ildə 87 saylı orta məktəbi bitirmiş, 1983-1985-ci illərdə Daxili İşlər Nazirliyinin Məlumat Mərkəzində işləmişdir. 1985-ci ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1988-ci ildən təhsilini Bakı Dövlət Universitetitinin hüquq fakültəsində davam etdirərək 1990-cı ildə həmin fakültəni bitirmişdir.

1990-cı ildən Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü kimi ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. 1993-1999-cu illərdə Azərbaycan Respublikası İstehlak Cəmiyyətləri İttifaqı (“Azərittifaq”) İdarə heyətinin hüquq idarəsinin rəisi, 1999-2009-cu illərdə “Azərbaycan Hava Yolları” Dövlət Konserninin “Azəraeronaviqasiya” müəssisəsi direktorunun hüquq məsələləri üzrə köməkçisi, 2009-2014-cü illərdə “Azərtunelmetrotikinti” Dövlət ASC İdarə heyətinin baş hüquqşünası vəzifələrində çalışmışdır.

2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi münasibətilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə və səmərəli fəaliyyətlərinə görə Fəxri Fərmana layiq görülmüşdür.

İngilis, ukrayna və rus dillərini bilir. Ailəlidir, iki oğlu var.

kamala207f048a2069d1kollektiv_5643

UNEC müəllimləri mükafatlandırldı (30.11.2016) 

4171 1