Hüquq şöbəsininKamale m_ müdiri Bünyadova Kəmalə Aslan qızı

e-mail: k.bunyadova@unec.edu.az

19 dekabr 1965-ci ildə doğulmuşdur. 

1983-cü ildə 87 saylı orta məktəbi bitirmiş, 1983-1985-ci illərdə Daxili İşlər Nazirliyinin Məlumat Mərkəzində işləmişdir. 1985-ci ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1988-ci ildən təhsilini Bakı Dövlət Universitetitinin hüquq fakültəsində davam etdirərək 1990-cı ildə həmin fakültəni bitirmişdir.

1990-cı ildən Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü kimi ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. 1993-1999-cu illərdə Azərbaycan Respublikası İstehlak Cəmiyyətləri İttifaqı (“Azərittifaq”) İdarə heyətinin hüquq idarəsinin rəisi, 1999-2009-cu illərdə “Azərbaycan Hava Yolları” Dövlət Konserninin “Azəraeronaviqasiya” müəssisəsi direktorunun hüquq məsələləri üzrə köməkçisi, 2009-2014-cü illərdə “Azərtunelmetrotikinti” Dövlət ASC İdarə heyətinin baş hüquqşünası vəzifələrində çalışmışdır.

İngilis, ukrayna və rus dillərini bilir. Ailəlidir, iki oğlu var.

947 3