06.10.1969-cu il tarixində Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universiteti, Fizika fakültəsini bitirmişdir. Fizika-riyaziyyat elmləri doktorudur.
Namizədlik (PhD) dissertasiyasının mövzusu: “Nadir torpaq elementləri ilə aktivləşdirilimış Caİn2S4 birləşməsinin elektrik və luminessensiya xassələri”
Doktorluq dissertasiyasının mövzusu: “II-III-VI tipli birləşmələrində şüalanma və fotohəssas mərkəzləri”
Professor R.B.Cabbarov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin Elmi Tədqiqat Şöbəsinin rəhbəridir.
100 qədər çapdan çıxmış elmi əsərlərinin müəllifidir. Xaricdə çıxmış elmi əsərlərinin sayı 70, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 65 bərabərdir.
Əsas elmi nailiyyətləri: İşıq Diodları Bərk cisim işıqlanması üçün. Vizualizasiya və işıqlanmada istifadə üçün lüminofor materialların alınması, optik xassələrinin tədqiqi və lüminofor materialların telekommunikasiyada və ümumi işıqlanmada tətbiqi. Nadir-torpaq ionlarının şüalanma keçidlərinin spektroskopiyasının tədqiqi, şüalanma keçidlərinin müxtəlifliyi hesabına lüminofor materiallarda şüalanmanın rəngini və enerjinin çevrilmə effektivliyinin dəyişməsi mümkünlüyü.