UNEC-in professoru: “Dilimizin Ana Kitabı”

02 FEVRAL 2018 | VIEWS:
2299

tofiq_az“Şərq” qəzeti

Azərbaycan dilinin orfoqrafiya qaydalarına əsaslanan mükəmməl orfoqrafiya lüğətlərinin yaradılması uğrunda mübarizənin 250 ildən artıq tarixi var. Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin başladığı bu işi sonralar Ömər Faiq Nemanzadə, Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtlı, Sultan Məcid Qənizadə, Əhməd bəy Ağaoğlu kimi vətənpərvər ziyalılarımızın davam etdirməsi tarixi həqiqətdir.

1926-cı ildə I Türkoloji qurultayda orfoqrafiya məsələsinə də xüsusi diqqət yetirilmiş, sonralar o dövrün qəzet və jurnallarında orfoqrafiya məsələsi daim müzakirə obyektinə çevrilmişdi. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” – deyən ümummilli lider Heydər Əliyev müstəqillik illərində milli dilimizin qorunması, inkişafı üçün dövlət əhəmiyyətli bir çox məsələləri həyata keçirdi. Ölkə prezidenti İlham Əliyev ümummilli liderin milli dil siyasətini daha da irəli apardı. Biri-birinin ardınca fərmanlar, sərəncamlar imzalandı yeni tərkibdə. Dövlət dil komissiyası yaradıldı. Dövlət proqramları təsdiq olundu.
Milli dil siyasətinin tərkib hissəsi kimi Tərcümə Mərkəzi, Terminologiya komitəsi, Orfoqrafiya komissiyası yaradıldı. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun koordinatorluğu ilə görülən işlər genişləndirildi. Müstəqillik dövründə dilimizin orfoqrafiya lüğəti iki dəfə; 2004 və 2013-cü illərdə yenidən nəşr edildi. Bununla belə bizim orfoqrafiyamızda problemlər hələ də qalmaqdadır və mütəxəssislər həyəcan təbili çalmaqda mövcud problemlərin həlli üzərində ciddi şəkildə işləməkdədir. Bu baxımdan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu orfoqrafiya lüğətlərinin hazırlanmasında müəyyən təcrübəyə malik olan elmi qurum kimi bu işlərdə fəallıq göstərməkdədir.
Mütəxəssislər bu qənaətdədir ki, orfoqrafiya lüğətlərinin təkmilləşdirilməsi, müəyyən tələbatla bağlı olur. Məhz bu tələbatlar əsasında orfoqrafiya lüğətinin yeniləşməsi zərurəti yaranır. Bu mənada 2013-cü ildə “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (altıncı nəşr) “Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən çap edilməsi də bu tələbata uyğun görülən işlər sırasındadır. Elə buradaca qeyd edək ki, ən çox tənqid olunan da məhz bu nəşrdir.
Ötən ilin dekabrında “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi hazırlanaraq müzakirəyə verilmişdir. Ölkəmizin iqtisadi, siyasi, sosial, mədəni, elmi həyatında və digər sahələrdə baş verən tərəqqi, inkişaf dilimizin lüğət tərkibinə də təsirsiz qalmır.
Bu mənada orfoqrafiya qaydalarının təkmilləşdirilməsi, sadələşdirilməsi dilçiliyimizin qarşısında duran əsas vəzifələrdəndir. Tərcümə Mərkəzinin direktoru, görkəmli yazıçımiız Afaq Məsudun tərtibatında nəşr etdiyi “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”, şübhəsiz ki, öz həcminə, tutumuna, sözlərin sayına görə fərqlənir. Bütün başqa lüğətlər kimi, bu lüğət də müasir dövrün dil mənzərəsini əsasən əks etdirir. Odur ki, lüğətin tərtibi zamanı dilimizin bütün üslubları, lüğət tərkibi nəzərdən keçirilmiş, işlənmə tezliyindən asılı olmayaraq, bütün sözlər, o cümlədən bütün terminlər lüğətə daxil edilmişdir. Bundan başqa, Azərbaycan dilinin sözyaratma modellərinə uyğun olan bütün sözlər də sözlüyə salınmışdır. Bu baxımdan, sözlüyün əhatə etdiyi leksik arsenal öz əhatə dairəsinə görə mövcud orfoqrafiya lüğətlərimizdən fərqlidir.
Bu sözlüyün 2013 -cü ildə nəşr olunmuş orfoqrafiya lüğətindən fərqli cəhətləri çoxdur. Lüğət ən yeni işlək sözlərlə zənginləşdirmək məqsədi ilə paralel olaraq məşhur yazıçılarımızın əsərlərində işlədilmədiyi üçün unudulmuş yüzlərlə söz yer almışdır. Sözlük yeni prinsip və meyarlar üzrə tərtib edilmişdir. Belə ki, lüğətdə öz əksini tapmış, multikultural, multikulturalizm, nəmər, sərdabə, şüuraltı, yayımlama, qəltan, qamçı, gündöyən, abadçılar, nanotexnologiya, öyrənci, özgün, özəllik, özgür və s. kimi sözlər müasir Azərbaycan dilində populyarlığı və anlaşılan olması ilə seçilir. Digər tərəfdən, ümumişlək terminlərin həm xalq dilindən, həm də diğər dillərdən alınması sözlüyün müsbət keyfiyyətlərindəndir. Bu sözlüyə uzun müddət işlədilmədiyi üçün unudulmuş sözlərimiz də daxil edilmişdir.
Bu mənada, Azərbaycan dilinin daxili qayda-qanunları imkan verir ki, dilimizdə illər uzunu işlənən bəzi alınma sözlərin qarşılığı yaradılsın və bu dəyişiklik mümkün dərəcədə anlaşılan olsun. Yeni yaradılan həmin sözlərin xalq tərəfindən qəbul olunması faktoru da önə çəkilməlidir. Keçmiş təcrübədən bəllidir ki, süni şəkildə yaradılan sözlər (purizm cərəyanı nəzərdə tutulur) bəzi hallarda ya rişxəndə səbəb olur, ya da ümumiyyətlə bəzi orfoqrafiya lüğətlərində öz əksini tapsa da, qəbul olunmur, onlardan istər elmi dairələrdə, istərsə də məişətdə istifadə edilmir və onlar “lazımsız söz” qalağına çevrilirlər. Bu səbəbdən də yeni sözlərin yaradılmasına diqqətlə yanaşmaq lazımdır. Çünki bəzi sözlərin (alınma sözlər nəzərdə tutulur) yeni yaranmış variantları bir çox hallarda dilin qayda-qanunları gözlənilmədən, bəzən də hər hansı bir alimin şəxsi fikirlərinə istinadən müzakirəyə verilir ki, bu da xalqın əksər nümayəndələri arasında yersiz ajiotaja səbəb olur. Ümumilikdə isə vacib olmadığı halda dildə istər yeni sözlərin yaradılması, istərsə də onların orfoqrafiyasının tez-tez dəyişdirilməsi prosesi arzuolunmazdır. Çünki bu, kobud desək, “ağrılı” prosesdir və çox zaman müsbət nəticə vermir.
Hamıya məlumdur ki, İKT-nin, elm və texnikanın daim inkişafda olması ilə əlaqədar yeni termin və sözlər yaranır və onlar daha çox beynəlmiləl səciyyə daşıyır. Həmin sözlər dünyanın əksər xalqları tərəfindən qəbul edilir və anlaşma cəhətdən hərc-mərclik yaratmır. Bu qəbildən olan sözlərin hər hansı bir dildə qarşılığının yaradılması çətin və uzun sürən prosesdir ki, bunun nəticəsini öncədən görmək qeyri-mümkündür. Təkrarən qeyd etmək yerinə düşər ki, yeni yaradılan sözlərin xalq tərəfindən qəbul edilməsinə də ciddi yanaşılmalıdır. Çünki dilin əsas daşıyıcısı xalqdır və onun fikirləri əsasdır.
Bu lüğətə daxil edilmiş sözlərin bir çoxu oxucular üçün anlaşılmaz və ya mübahisəli görünə bilər. “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”ndə dilimizdə işlənən bəzi botanika terminlərinin sadə variantlarının da öz əksini tapması yaxşı olardı. Çünki onların bir çoxu rus dilindən hərfi tərcümə edildiyindən ilkin mənaları “itib-batmışdır”. Çox zaman şivələrdə işlənən və əksəriyyət tərəfindən başa düşülməyən badamcan (cır ərik), bağırdaqlamaq (mənasını tapa bilmədik), dügürd (parça), dalı-dalı və s. sözlərin orfoqrafiya lüğətində əks olunması, eyni mənaya malik həm musiqipərəst, həm də musiqisevər və ya bu sözlərin “lik” şəkilçisi artırmaqla verilməsi, yaxud şüyüm, övrə (səpki), öyəc (yetkin qoyun), ökçə (çəkmə dabanı), naçaq (nasaz), nacaq (kiçik balta) və s. sözlərdə də anlaşılmır. Dilimizə məxsus olmayan sözönü şəkilçilərin çoxluğu: nasaz, natamam, natəmiz, nabələd, nabələdlik, nadinc, nadürüst, naəlac və s. kimi sözlər də bu qəbildəndir.
Ümumiyyətlə, ədəbi normativliyə əsaslanmayan dialektizm və arxaizmlərin orfoqrafiya lüğətlərində yer alması yolverilməzdir. Halbuki haqqında danışdığımız orfoqrafiya sözlüyündə kifayət qədər dialektizm və arxaizmlərə yer verilir.
Şübhəsiz ki, “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün ərsəyə gəlməsi üçün böyük əmək sərf edilmiş, elmi araşdırmalar aparılmışdır. Ancaq bununla belə bir həqiqəti xatırlatmaq istərdik ki, ölkəmizdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna (kifayət qədər nüfuzlu alimlərin, dilçilərin toplaşdığı elm məbədinə), AMEA-nın Orfoqrafiya Komissiyasına (məşhur dilçilərin, ölkədə və dünyada tanınmış alimlərin üzv olduğu Dövlət Komissiyasına) bu işləri yüksək və peşəkar səviyyədə həyata keçirmək üçün dövlət tərəfindən məsul və şərəfli vəzifə verilib. Artıq ictimaiyyətə yuxarıda qeyd edilən qurumlar tərəfindən “Azərbaycan dilinin orfoqrafiya qaydaları” lahiyəsi təqdim olunub. Müzakirələr, debatlar keçirilir, KİV-də qızğın mübahisələr davam edir. Çox kəskin tənqidi fikirlər səslənir.
Düşünürük ki, görkəmli yazıçımız, Tərcümə Mərkəzinin direktoru Afaq Məsudun tərtibçiliyi ilə araya-ərsəyə gələn “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” də arxaik sözlərdən dialekt və şivələrədən gələn anlaşılmayan ifadələrdən təmizlənəcək. Afaq xanımın özünün də ifadə etdiyi kimi, “İlkin mərhələdə qarşıda duran vəzifə kitabın artıq söz yükündən təmizlənməsidir”. Yeni prinsip və meyarlar əsasında tərtib olunmuş sözlüyün gələcək nəşrlərdə daha da təkmilləşəcəyinə əminik.
UNEC-in professoru, Əməkdar Mədəniyyət İşçisi
2300 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno