Təvəllüd: 31.07.1976, Cəbrayıl şəhəri
*
Təhsil
Bakalavr – Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutu, Biznesin idarə edilməsi (tədris türk dilində) – 1993 – 1997
Magistr – Türkiye Cumhuriyeti Gebze Yüksek Teknoloji Üniversitesi, Biznesin təşkili və idarə edilməsi (tədris türk dilində) – 1997 – 2001
Fəlsəfə doktoru – Azərbaycan Dövlət İqtisad Universiteti, Ümumi iqtisadiyyat – 2002 – 2008
Dissertasiya mövzusu: Uşaq əməyindən istifadənin sosial iqtisadi problemləri və aradan qaldırılması yolları.
Elmlər doktoru – Azərbaycan Dövlət İqtisad Universiteti, Ümumi iqtisadiyyat – 2018-ci ilin yanvarından etibarən
Dissertasiya mövzusu: Azərbaycanda gənclərin peşə və ixtisasa yiyələnmək imkanlarının genişləndirilməsinin məşğulluğun təmin edilməsinə təsiri.
İş təcrübəsi
Azərbaycan Dövlət İqtisad Universitetinin “İdarəetmənin təşkili” kafedrasının müəllimi – 2002 – 2006
Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznes inzibatçılığı” kafedrasının baş müəllimi – 2006 – 2017
Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və idarəetmə” kafedrasının dosenti – 2017 – 2018
Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və idarəetmə” kafedrasının 0,5 ştat dosenti – 14.09.2018
Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq magistratura və doktorantura mərkəzi”nin direktor müavini – 14.09.2018
Bir çox Beynəlxalq Elmi-Praktik konfrans və seminarlarda iştirak etmişdir.
Milli iqtisadiyyatın aktual problemlərinə aid 30-dan çox elmi əsərin, o cümlədən dərslik və dərs vəsaitlərinin müəllifidir.