Tofiq mtex.e.n., dosent Tofiq Ramazan oğlu Osmanov 

Ünvan:  Bakı şəhəri, İ.Məmmədov 17, mən.118
Telefon:  +(994) 12 376-33-89
E-mail:  [email protected];  [email protected]

*

1950-ci ildə Qax rayonunda anadan olmuşdur. 1957-1967-ci illərdə orta məktəbdə təhsil almışdır.

1967-ci ildə orta məktəbi bitirdikdən sonra elə həmin ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Əmtəəşünaslıq fakültəsinə daxil olmuş və 1971-ci ildə institutun “Sənaye malları əmtəəşünaslığı və ticarətin təşkili”  ixtisasını bitirmişdir.

1971-ci ilin dekabrından başlayaraq D.Bünyadzadə adına AXTİ-nun “Sənaye malları əmtəəşünaslığı” kafedrasında müəllim, baş müəllim işləmişdir.

1974-cü ildə istehsalatdan ayrılmadan aspiranturaya daxil olmuş və 1981-ci ildə Moskva Kooperativ İnstitutunun ixtisaslaşdırılmış Elmi Şurasında “Polivinilxlorid əsaslı linoleumların istismar şəraitində sürtünməsi və əsas gigiyenik xassələrin stabilliyinin tədqiqi” mövzusunda dissertasiya müdafiə  edərək texnika elmləri namizədi alimlik dərəcəsi adını almışdır.

1970-1980-ci illərdə Moskva və Donesk şəhərlərində keçirilən əmtəəşünaslığın problemlərinə həsr edilmiş elmi-praktiki konfranslarda çıxış etmişdir.

tofiqb8b235f6f5c8dDSC_2241mehriban_vekilturk_0006(1)IMG_2290DSC_5146

1992-ci ildən 2000-ci ilədək Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunda Əmtəəşünaslıq fakültəsinin dekanı, 2000-2004-cü illərdə İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinin dekanı vəzifəsində işləmişdir. 2004-cü ildən etibarən Əmtəəşünaslıq fakültəsinin dekan müavini işləyib. 2020-ci ilə kimi Ekspertiza və standartlaşdırma fakültəsinin dekanı olub. Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.

Əmtəəşünaslığın müasir problemlərinə həsr edilmiş 150-dən artıq məqalənin, o cümlədən 20 dərslik və 5 dərs vəsaitinin müəllifidir. Apardığı elmi araşdırmalar polivinilxloriddən olan linoleumları daha dar məqsədli təyinatını müəyyən etmək üçün onların müxtəlif aqressiv mühitin təsirinə davamlılığını müəyyən etməyə, onların çirklənməsi və təmizlənməsi metodikasının elmi əsaslarla işlənməsinə, linoleumların istismar şəraitinə maksimum uyğunlaşdırmaqla laboratoriya şəraitində sürtünməyə qarşı davamlılığının və gigiyenik xassələrinin araşdırılmasına, nəhayət polimer döşəmə materiallarının istehlak xassələrinin elmi təsnifatının verilməsinə yönəlmişdir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim”  fəxri adına layiq görülmüşdür.

Ailəlidir, iki övladı və nəvəsi var.

*
Elmi Əsərlərinin Siyahısı (hiperlinkli)

dos. T.Osmanov UNEC NEWS-da

UNEC kollektivi Novruz bayramını daun sindromlu uşaqlarla keçirib (16.03.2018)
“Azərbaycanda islamın yayılması və nəticələri”
 (04.10.2017)

UNEC müəllimlərinin Türkiyə universitetlərinə səfəri səmərəli oldu
 (16.02.2017)

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna