haqiqat

dosent Qədimova Həqiqət Kərim qızı

e-mail: qedimova.h@gmail.com

1959-cu il yanvar ayının 19 da Ağdam rayonunun Tağıbəyli kəndində anadan  olub.

1975-ci ildə  Ağdam rayonunun Güllücə kəndində orta məktəbi bitirib.

1977-ci ildə Səməd Ağamalıoğlu adına Kənd Təssərrüfatı İnstitutunun “Alim aqronom” ixtisasına daxil olub.
1982-ci ildə  həmin institutu bitirib.

1982-ci ildən Ağdam rayonunun Güllücə kəndində yerləşən şərab zavodunda labaratoriya müdiri işləyib. 2000-ci ildə Azərbaycan Müəllimlər İnstitunun Mingəçevir filialında baş laborant işləyib. 2002-ci ildə Azərbaycan Milli Elmlər  Akademiyasının Nəsimi adına dilçilik institunda dissetant olub. 2006-cı ildə “Müasir Azərbaycan dilində qoşulma konstruksiyalar” mövzusunda dissertasiya işini başa vurub, elmlər namizədidir.

*

*

2006-cı ildə AMİ-nin Mingçevir filialında “İctimai fənlər və peşə təlimi” kafedrasının müdiri, 2008-ci ildə “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri, 2012-ci ildən həmin filialda “Filologiya və təhsildə psixoloji xidmət” fakültəsinin dekanı, 2015-ci ildə AMİ-nin Zaqatala filialında “Tədris işləri üzrə” direktor müavini vəzifələrində işləyib.

2016-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında “Ümumi fənlər” kafedrasının müdiri, 2018-ci ildə UNEC-in Zaqatala filialında İqtisadiyyat fakültəsinin dekanı vəzifələrində çalışıb.

2020-ci ildən UNEC-in Zaqatala filialının direktor müavinidir.

30-dan artıq elmi məqalənin, bir dərs vəsaitinin, bir  metodik vəsaitin müəllifidir.

1983-cü ildən ailəlidir, iki övladı var.