1977-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun (Universitet) «Xalq təsərrüfatının planlaşdırılması» fakültəsini bitirmişdir.
İş fəaliyyətinə Azərbaycan Dövlət İqtisad İnstitutunda başlamış (laborant, baş laborant, kiçik elmi işçı,aparıcı elmi işçi,müəllim, baş müəllim və dosent vəzifəsinə kimi ucalmışdır).
2000-ci ildə “Bazar iqtisadiyyatı şəraitində mənzil-kommunal təsərrüfatının inkişafını sosial-iqtisadi problemləri” mövzusunda iqtisad elmləri alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya komissiyası tərəfindən iqtisad elmləri namizədi diplomunu almışdır.
2000-ci ildən “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasında müəllim işləmişdir. 2006-cı il tarixində baş müəllim vəzifəsinə seçilmişdir. 2014-cü ilin yanvarında dosent vəzifəsinə seçilmişdir.
1994-2014-cü illər ərzində 22 elmi və metodiki əsərin, o cümlədən 3 monoqrafiya, proqram və metodiki vəsaitin müəllifidir.
*
2000-ci ildə “Bazar iqtisadiyyatı şəraitində mənzil kommunal təsərrüfatı sahələrinin inkişaf problemlərininhəlli yolları”, 2006-cı ildə “Əhaliyə mənzil-kommunal xidmətinin bazar iqtisadiyyatı şəraitində transformasiyası və perspektiv inkişafı”, 2007-ci ildə isə «Трансформации экономики стран переходного периода в условиях интеграции» monoqrafiyaları çapdan çıxmışdır. 2012-ci ildə çapdan cıxmış AR Təhsil Nazirliyinin 09.04.2012-ci il 537 saylı əmri ilə «Əhaliyə pullu xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi»fənni üzrə tədris proqramı və həmin fənnin 16.04.2012-ci il tarixli 582 saylı protokolu ilə təsdiq edilmiş metodik vəsaitin müəllifidir. Hal-hazırda “Əhaliyə pullu xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” fənni üzrə dərslik üzərində işləyir.
Elmi əsərlər (hiperlinkli əlavələr)