Reytinqin məqsədi akademik ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməkdir. Reytinqdə universitet kampuslarının təbii mühitə münasibəti, enerjidən istifadə və onun iqlimə təsiri, kampus ərazisində kağızlardan istifadənin azaldılması siyasəti, su resurslarından rasional qaydada istifadə olunması, ali məktəb ərazisində nəqliyyatdan (ictimai, şəxsi avtomobillər və ya velosiped) istifadə, ekoloji problemlər üzrə tədris kurslarının təşkili, ekoloji problemlərin öyrənilməsinə yönəlik tədqiqatçılıq fondlarının olması, ekoloji problemlərə dair dərc olunmuş elmi məqalələrin sayı və s. əsas götürülür.
Beynəlxalq “GreenMetric Ranking” metodologiyasının UNEC-də tətbiq edilməsi barədə 83/1 saylı 2017-ci il tarixli əmr ilə tədbirlər planı hazırlanmışdır.
2019-cu ildə “GreenMetric Ranking” metodologiyasını tətbiq edən dünyanın universitetləri arasında UNEC 432-ci yerdə qərarlaşıb. Bu göstərici üzrə UNEC Azərbaycan universitetləri arasında birinci, Türkiyə universitetləri arasında 17-ci yerdə qərarlaşıb.