Mərkəzin rəhbəri: t.e.d., prof. Məhəbbət Tofiq qızı PaşayevaÜnvan: UNEC-in I tədris korpusu |
UNEC Multıkulturalızm Elmi-Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının 28 aprel 2017-ci il tarixli iclasının 151 №-li Qərarı və UNEC rektorunun 18 may 2017-ci il tarixli 292/3/2017 №-li əmrinə əsasən yaranmışdır.
Humanitar və sosial elmlər, habelə Azərbaycan multikulturalizmi və mövcud multikultural modellərin nəzəri-praktik tədqiqi və istiqamətləri üzrə elmi tədqiqatlar aparmaq, tədqiqatların nəticələrinin elmi mühit, cəmiyyətlə bölüşmək, elmi tədqiqat işləri və layihələri həyata keçirmək, ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və aidiyyatlı qurum təmsilçiləri ilə əməkdaşlıq etmək; Azərbaycan ərazisində tarixi keçmişdən bu günədək yaşamaqda olan multikulturalizm ənənələrinin xarici ölkələrdə tanıdılması və təbliği ücün xarici ölkələrin multikulturalizm mərkəzləri ilə elmi əlaqələr qurulması, mübadilə proqramı və birgə fəaliyyət layihələrinin hazırlanması, Respublika və beynəlxalq qrant layihələrinin hazırlanması.
*
UNEC-də “Qarabağın və Şərqi Zəngəzurun alban abidələri” kitabının təqdimatı keçirilib (31/05/2022)
proqram: https://news.unec.edu.az/images/news/2021/2022/30.05.20221.pdf
Nobel mükafatçılarının elmi fəaliyyətlərinə həsr olunmuş içtimai müzakirələr keçirilib (17.03.2022)
UNEC-də “İşğaldan azad olunmuş Qarabağın mədəni tarixi abidələri” mövzusunda onlayn seminar keçirilib (28.09.2021)
Video link: https://fb.watch/8l7BKVKZhq/
Qarabaga növbəti tədqiqat səfəri: Xocavənd Tuğ kəndi (21.04.2021)
UNEC-də “Azərbaycanın Alban Xristian mirası – Xudavəng məbədi” mövzusunda beynəlxalq konfrans keçirilib (25.01.2021)
“Azərbaycanda müasir etnokultural mühit və tolerantlıq ənənələri” (21.05.2020)
“Azərbaycanda müasir etnokultural mühit və tolerantlıq ənənələri” mövzusunda onlayn elmi seminar – VİDEO (22.05.2020)
TM rəhbəri – t.e.d. Məhəbbət Tofiq qızı Paşayeva
Üzvlər:
– fəl.f.d. Mustafayeva Hümeyrə Teymur “Humanitar fənlər” kafedrasının dosenti;
– f.f.d. Rzayeva Aynur Qəhrəman — UNEC “Dizayn” kafedrasının müəllimi;
– Mobili Robert Baqrat oğlu Bakı Dövlət Universitetinin elmi işçisi;
– Şalbuzova Nəzirə Vidadi qızı – AMEA Arxeologia və Etnoqrafiya İnstitutunun dissertantı.
– prof. Rasa Çepaitiene – Litvanın Vilnüs Avropa Humanitar Universitetinin professoru (Vilnüs/ Litva)
– dos. Nazilə İsgəndərova Telman – Kanadanın Toronto Teologiya Məktəbinin dosenti (Toronto/Kanada)
– PhD Mustafa Wshyar – Böyük Britaniyanın Ulster Universitetinin elmi işçisi (Kolreyn/ Böyük Britaniya)
**