Mərkəzin rəhbəri: Mirzəyeva Gülnar İsmayıl qızıÜnvan: UNEC-in IV tədris korpusu (Bakı, Abbas Səhhət küçəsi 45 A) |
UNEC-in Elmi Şurasının 16 iyun 2021-ci il tarixli online iclasının EŞ 179 №-li qərarının icrasını təmin etmək məqsədilə UNEC-in Beynəlxalq magistratura və doktorantura mərkəzinin nəzdində “Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzi” yaradılmışdır.
28 sentyabr 2021-ci il tarixində UNEC-in Beynəlxalq magistratura və doktorantura mərkəzinin nəzdində Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzində görüləcək işlərə rəhbərlik “İqtisadiyyat və işlətmə” kafedrasının müəllimi Mirzəyeva Gülnar İsmayıl qızına həvalə edilmişdir.
Mərkəz Mərkəzin icraçı direktorundan, Müşahidə Şurasından və tədqiqatçılardan ibarətdir. Müşahidə Şurasında dövlət-özəl sektor, akademik və QHT nümayəndələri təmsil olunur.
Mərkəzin dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat sahəsində 5 əsas məqsədi vardır. Bu məqsədlər aşağıdakılardır:
1. Azərbaycanda dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat sahələrində insan kapitalının inkişaf etdirilməsi;
2. Azərbaycanda dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat sahələrində tədqiqatlar potensialının gücləndirilməsi;
3. Azərbaycanda dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat üzrə biznes-tədqiqatlar-inkişaf formulası əsasında bu sahələrdə ixtiraların və innovasiyaların inkişafının təşviq etdirilməsi;
4. Dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat sahələrində Dövlət-Özəl Sektor-Universitetlər-Tədqiqatlar-QHT-lər- tərəfdaşlığının təşviq etdirilməsi;
5. Dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat sahəsində cəmiyyətin maarifləndirilməsi.
Mərkəzdə Baku RSDTİ (Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal) Klubu yaradılmışdır. Baku RSDTİ Klubu 10 Kiçik və Orta Müəssisəni (KOB) əhatə edir və onlar üçün praktiki RSDTİ dəstəyi göstərir.
Mərkəzin qabaqcıl fəaliyyətləri:
Yaşıl İqtisadiyyat Həftəsi
*
Dairəvi İqtisadiyyat və Yaşıl İnkişafın Maliyyələşdirilməsi Konfransı
*
TM rəhbəri — Mirzəyeva Gülnar İsmayıl qızı
Üzvlər:
t.e.d., dos. Məmmədov Fuad Faiq oğlu — Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktorun müavini
Məmmədov İlkin Müslüm oğlu — İstanbul Universiteti (Türkiyə), doktorant
Cavid Süleymanlı- UNEC, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, müəllim, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, məsləhətçisi
Kazımov Əhəd Arif oğlu — UNEC BMDM İqtisadiyyat və İdarəetmə kafedrasının saathesabı müəllimi
Mərkəzin çıxış etdiyi tədbirlərin linki:
Kobia və sahibkarlar ilə görüş-“Eko innovasiyalar və eko-sənaye parkları”
Enerji məsələləri üzrə işçi qrupunda çıxış-“Eko innovasiyalar və eko-sənaye parkları (28/09/2021)
*
UNEC-də Dünya Bankının nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib
UNEC-də “Yaşıl İnkişafa Doğru” dəyirmi masa müzakirələri keçirilib
UNEC-də Dünya Bankının nümayəndələri ilə dəyirmi masa keçirilib
UNEC-də Dünya Bankının nümayəndələri ilə dəyirmi masa keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və UNEC ağacəkmə aksiyası keçirib
Bakı RSDTİ Klubunun ilk sessiyası keçirilib
Новый Исследовательский центр устойчивого развития и зеленой экономики имени Низами Гянджеви в UNEC (21.12.2021)
UNEC-də Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzinin açılışı olub (16.12.2021)
UNEC-də iqtisadi artımın ətraf mühitə təsirinə həsr olunan seminar keçirilib (13.12.2021)