“Elm aylığı” tələbələrin fərdi elmi fəaliyyətini inkişaf etdirmək üçün böyük əhəmiyyət daşıyır”

21 NOYABR 2017 | VIEWS:

DSC_8490UNEC-də “Elm aylığı” çərçivəsində professor-müəllim heyəti, doktorant, gənc tədqiqatçı, magistr və tələbələr arasında “Müasir dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafı strateji yol xəritələrinin əsas istiqamətləri kontekstində” mövzusunda elmi məqalə müsabiqəsi keçirilib.

Rus İqtisad Məktəbinin tələbəsi Səbinə Zeynalova tələbələr arasında keçirilən müsabiqənin qalibi olub. Onun məqaləsi “Основные направления инновационной политики Азербайджана” mövzusunda olub. S.Zeynalova ilə müsahibəni təqdim edirik:

– Səbinə xanım, elmi məqalə müsabiqəsinin qalibi olmağınız münasibəti ilə sizi təbrik edirik! Bilmək istəyərdik ki, tələbələr “Elm aylığı”nın əhəmiyyətini necə qiymətləndirirlər?

– Düşünürəm ki, “Elm aylığı” tələbələrin fərdi elmi fəaliyyətini inkişaf etdirmək üçün böyük əhəmiyyət daşıyır və həmçinin tələbələrin elmə marağının artırılmasına töhfə verir. Universitetimizdə aparılan bu siyasət həmçinin tələbələrin təfəkkürünün gücləndirilməsinə və elmi müzakirə bacarıqlarının inkişaf etməsinə böyük təsir göstərir.

– Sizcə, gənclərdə elmə marağın artırılmasının ən əlverişli üsulu nədir?

– Məncə fərqli formatlarda təşkil olunan elmi konfranslar, yarışmalar və bu kimi tədbirlər məhz tələbələrin elmi marağının artırılması üçün stimuldur. Həmçinin onların gələcək karyerası üçün əhəmiyyətli olan biliklərin əldə olunması, tədqiqat və araşdırma bacarıqlarının öyrənilməsi və gələcəkdə elmi rəhbərlərindən tövsiyə xarakterli resenziyaların alınması da mühüm faktor kimi çıxış edir.

– Daha öncə elmi məqaləniz olubmu və məqaləni hazırlayarkən müəllimlərinizdən dəstək aldınızmı?

– Bəli, elə ilk elmi məqaləmi keçən il “Elm Aylığı” çərçivəsində keçirilən müsabiqəyə göndərmişdim. Məqalənin hazırlanmasında firmanın iqtisadiyyatı fənnini tədris edən müəllimim Lalə Həmidova mənə böyük dəstək oldu. Həmin müsabiqədə məqaləm 3-cü yerə layiq görüldü. Bundan əlavə, təhsil aldığım Rus İqtisad Məktəbində bizə elmi məqalələrin yazılması qaydaları haqqında təlimlər də təşkil olunur.

– Elmi fəaliyyətinizi davam etdirməyi düşünürsünüzmü?

– Magistr pilləsi üzrə təhsilimi davam etdirmək və elmi tədbirlərdə daha fəal iştirak etməyi düşünürəm. Onu da qeyd edim ki, magistratura təhsili üçün seçimimdə də təhsilin keyfiyyəti və tələbələrə yaradılan şəraitə görə UNEC əsas prioritetimdir.

– Komissiya müsabiqəyə təqdim olunan məqalələrin keyfiyyətinin yüksək olduğunu bildirdi. Sizcə, belə güclü rəqabət mühitində sizin məqaləni digərlərindən fərqləndirən üstünlüklər nədən ibarət idi?

– Düşünürəm ki, səbəb mövzunun aktuallığı, tərtibatı, stilistikası məqalənin daha fərqli baxış nöqtəsindən təqdim olunmasına vasitə oldu.

– Sizin məqalə “Azərbaycanın innovasiya siyasətinin əsas istiqamətləri” mövzusunda idi. Hansı istiqamətləri müəyyən etdiyinizi bilmək istərdik.

– Bir neçə istiqamətini qeyd etmişəm: innovasiya fəaliyyəti və onun mexanizmlərinin stimullaşdırılması üçün normativ-hüquqi bazanın yaradılması və onun inkişaf etdirilməsi, ölkə iqtisadiyyatının innovativ inkişaf yoluna yönəlmiş dövlət strategiyasının inkişafı, inkişafın innovativ yoluna yönəldilmiş dövlət orqanlarının, iqtisadi və elmi qurumların koordinasiyalı fəaliyyətinin təmin edilməsi, innovativ strukturların inkişafı, kiçik innovativ sahibkarlığın dəstəklənməsi, innovativ sektorlarda regional səviyyələrdə uzunmüddətli prioritet sahələrin ayrılması, elm və texnologiya sahəsində fundamental tədqiqatların inkişafını stimullaşdırmaq, müasir innovasiya infrastrukturunun fəaliyyətinin və inkişafının dəstəklənməsi.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna