Şöbə müdiri: Əlizadə Şəfa Məmmədbağır qızı

Ünvan:  Bakı, İstiqlaliyyət, 6 (I korpus, otaq 124)
Telefon: +(994) 12 492-72-98
3212 3

Elmmetrika şöbəsi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin (EFTİED) struktur bölməsi olan Elmmetrika şöbəsi UNEC Rektorunun 828/3/2018 №-li əmri ilə yaradılmışdır. Şöbənin fəaliyyət istiqaməti elmi informasiya axını və massivlərinin dinamika və strukturunun tədqiqatı ilə məşğul olmaqdır. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  və nümayəndələrinin nəşr aktivliyinin və istinadlarının artırılması, sistemləşdirilməsi, monitorinqi və bu sahədə dəstəyin göstərilməsi, beynəlxalq bazalarda indeksləşən elmi toplularda nəşr imkanlarının stimullaşdırılması şöbənin əsas məqsədlərinə daxildir.

*

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ (UNEC) – AKADEMİK PROFİLLƏR

UNEC-in Scopus qeydiyyatlı istifadəçiləri 2023

 

google22  reser

scopus  clar

akademiya11  medel

 

ŞÖBƏNİN VƏZİFƏLƏRİ:

  •  Nüfuzlu elmi bazalarda universitetə (UNEC) istinadın kəmiyyət və keyfiyyət göstəricilərinə nəzarət;
  • Universitetdə aparılan elmi-tədqiqat işlərinin səviyyəsinin artırılması və professor-müəllim heyətinin elmi-tədqiqat fəaliyyətinin yüksəldilməsi istiqamətində məlumatlandırıcı məlumatların hazırlanması;
  • Beynəlxalq nüfuzlu elmi bazaları ilə elmi əməkdaşlığı genişləndirmək, müasir elmi texniki yeniliklərin universitetdə tətbiqinə nail olmaq və beynəlxalq bazalarda indeksləşən jurnalların redaksiya heyətləri ilə əməkdaşlığın yaradılması;
  • Universitetin professor-müəllim və elmi heyətinin elmi nəşrləri üzrə informasiya verilənlər bazasının (information data base) yaradılması və formalaşdırılması;
  • Konfrans toplusu beynəlxalq bazalarda indeksləşən elmi konfransların təşkili;
  • Beynəlxalq elmi təşkilatların təşkil etdiyi təlimlərə UNEC nümayəndələrinin cəlb edilməsi;
  • Beynəlxalq bazalarda yer alan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nümayəndələrinin illər üzrə nəşr dinamikasının hazırlanması.

*

 

Reytinq10 2020-2021

Xəbərlər

Təlimlər

Jurnallar və digər elmi nəşrlər

Statistik məlumatlar

Təlimat videoları