Noyabrın 26-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Əmtəəşünaslıq fakültəsində elmi-praktiki seminar keçirilib.
Seminarda Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev “Standartlaşdırma üzrə Milli orqanın strukturu və vəzifələri” mövzusunda çıxış edib. S.Abdullayev müasir dövrdə respublikanın istehlak bazarında yüngül və yeyinti sənayesi məhsullarının ekspertizası, keyfiyyətinin idarə edilməsi və standartlaşdırılması sahəsində aparılan məqsədyönlü işlər barədə çıxış edib. Azərbaycan milli standartlaşdırma sisteminin struktur bölmələri, onların hüquq və vəzifələri, problemləri, dövlət standartlarının işlənib hazırlanması və təsdiqi qaydaları, institutun fəaliyyətində perspektiv istiqamətlər, beynəlxalq əməkdaşlıq məsələləri haqqında seminar iştirakçılarını məlumatlandırıb.
Sonda müəllim və tələbələrin sualları cavablandırılıb.