Android-App-StoreMobil əlavənin telefona yüklənməsi:

Azərbaycan Dövlət İqtisad Universitetinin unec.edu.az saytının mobil əlavəsi istifadəyə verilib.
Mobil əlavəni (mob-app) asanlıqla mobil telefon avadanlıqlarınızdakı Store-in və ya PlayMarket-in ümumi siyahısından UNEC açar sözü ilə axtarışla, həmçinin aşağıdakı linklər vasitəsi ilə birbaşa yükləmək olar:

iPhone və iOS –  əməliyyat sistemi ilə çalışan mobil avadanlıqlar üçün app-store

Android əməliyyat sistemində çalışan  mobil avadanlıqlar üçün play-store

62969 5

unec.edu.az saytının mobil-tətbiqetməsi

Sayt əsasında mobil-tətbiqetmə kompakt, yığcam, sadəşdirilmiş şəkildə hazırlanır. Mobil-tətbiqetmərin üstün cətləri onun sayta nisbən daha  tez işləsinə imkan verir, bu zaman trafikdən az istifadə olunur, vaxta qənaət edilir. Mobil-tətbiqetmər xüsusi telefon formatı şəklində hazırlanır. Azərbaycan Dövlət İqtisad Universitetinin unec.edu.az saytının mobil-tətbiqetməsi istifadə verilib. Universitetin saytına uyğun olaraq hazırlanmış mobil əlavədə müxtəlif bölmə yer ayrılıb. UNEC mob.app-ı Play Marketin ümumi siyahısından asanlıqla yükləmək olar. Telefona yükləyərək ondan istifadə olunması daha rahat və əlçatandır. 

Universitet saytının mobil-tətbiqetməsinin ümumi görünüş forması, ayrı-ayrı bölmələrinin struktur quruluşu 

Xəbərlər & Elanlar (News & Announcements) – UNEC-in saytında ən əsas operativ hissənin xəbər və elanlar olduğunu nəzərə alaraq ilkin səhifə kimi “Xəbərlər və Elanlar” bölməsi yerləşdirilib.

mobb11мок

 

Saytda olduğu kimi – Xəbərlər şəkillərlə, Elanlar isə şəkilsiz, qabarıq formalı tarixlərlə təsvir edilib.

İstifadəçi yeni məlumatın daxil olması barədə Xəbər və Elanların qarşısında  >n” sayının ekrana çıxması ilə məlumatlandırılır (n – istifadəçi tərəfindən oxunmamış xəbər-elanların sayıdır).

İstifadəçi oxuduğu məlumatı avtomatik olaraq facebook, twitter, WhatsApp-da paylaşa və digər istifadəçilərə göndərə  bilər.

mobb22мок

Menyu

Ümumi stil sayta uyğun olaraq hazırlanıb. Yuxarıda hissədə göy rəngli fonda İqtisad Universiteinin gerbi yerləşdirilib.

mobb33мок

Universitet (University) – Universitet haqqında məlumat. Bölmə 3 hissədən (“Bu gün”, “Mükafatlar”, “Tarix”) ibarətdir. Hər bölməyə uyğun məlumatlar yerləşdirilib.

mobb44мок

Müəllim kabineti (Teacher’s cabinet)

Tələbə kabineti (Student’s Cabinet)

Bu hissədə müəllim və tələbələrin çox istifadə etdiyi EDUMAN sisteminə daxil olmaq mümkündür. Bununla da istifadəçilərin EDUMAN sisteminə əlçatanlığı daha əlverişli üsulla təmin edilib.

mobb55мок

Kitabxana (Library) - adətən mobil applikasiyalarda özünə yer tapan “stolüstü kitablar” bölməsidir. Əsas dərsliklər, universitetdə nəşr olunmuş kitablar elektron varianda yerləşdirilib. Əlifba sırası ilə düzülüş onlardan istifadəni daha da sadələşdirir.

mobb66мок

Nəşrlər (Publications) – “İqtisadçı” qəzetinin aylar üzrə nömrələri yerləşdirilib.

mobb677мок

Radio – Radio UNEC-keçid. Radio UNEC-in verilişlərini telefon vasitəsilə rahat şəkildə dinləməyə şərait yaranır.

mobb88мок

Bizimlə əlaqə (Contact us) – Bu bölmədə universitetin bütün qurumları ayrı-ayrılıqda qruplaşdırılaraq onların əlaqə telefonları verilib – telefon formatına uyğun olaraq elə buradan lazımi qurumla əlaqə saxlamaq olar. Nəticədə universitetin istənilən qurum üzrə əlaqə kontaktları müəyyən mənada istifadəçinin telefonuna yükləmiş olur.

mobb99мок

Settings – İstifadəçi mobil-tətbiqetmə səhifələrini istədiyi dildə (az, rus, eng) bu hissədən tənzimləyə bilər. Hətta telefonun versiyasına uyğun olaraq səhifələr avtomatik də idarə oluna bilər. Bu isə xarici dildə olan (rus, eng) səhifələrin istifadəçi sayının artmasına kömək edəcək.

Xəbər və Elanlar barədə “push-notifications” – ın daxil olub-olmaması bu hissədə istifadıçi tərəfindən idarə oluna bilər. Yəni bu rejimə qoşulub-qoşulmamaq istifadəçinin istəyindən asılıdır.

mobb1010мок