“Erasmus+”mübadilə proqramı vasitəsi ilə UNEC-in “İqtisadiyyat”, “Beynəlxalq əlaqələr” və “Biznesin təşkili və idarəedilməsi” ixtisaslarında bakalavr, magistr və doktorantura pillələri üzrə təhsil alan tələbələri Türkiyənin Hacəttəpə Universitetində yaz semestri ərzində mübadilədə iştirak edə bilərlər.
Proqramda iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:
1. Bakalavr, magistratura və ya dokotrantura pilləsində təhsil almalı;
2. Minimum orta qiymət 85 (100 ballıq qiymətləndirmə sistemində) bal olmalı;
3. İngilis və ya türk dilində əla qavrama, yazı və danışıq qabiliyyətinə sahib olmalıdırlar.
Tələb olunan sənədlər:
1. Bakalavr və magistrlar üçün akademik transkript (ÜOMG göstərilməklə);
2.Doktorantlar üçün Doktorantura şöbəsindən arayış;
3. Tədris protokolu (LEARNING AGREEMENT FOR APPLICANTSOF ERASMUS+);
4. İngilis və ya türk dili biliyini təsdiq edən sənəd, arayış və ya seritifikat (mütləqdir);
5. Xarici pasportun surəti (əgər varsa);
6.Tələbə bileti;
7. 3×4 şəkil – 2 ədəd.
Müraciət üçün son tarix: 17 noyabr 2017-ci il.
Əlaqələndirici şəxs: Pərvin Paşayeva
Əlaqə üçün:
Beynəlxalq əlaqələr departamenti
Telefon: +994 12 492 60 45