2016/2017-ci tədris ilindən başlayaraq UNEC-in Dünya İqisadiyyatı, Maliyyə, Mühasibat, İqtisadiyyat və Biznesin idarəolunması ixtisasları üzrə tələbələri Montpellier Universitetinin “Beynəlxalq menecment və biznes” ixtisası üzrə diplom əldə edə biləcəklər.
Proqramın təqdimatı 05 May 2016-cı il saat 13.00-da UNEC-in əsas tədris binasının Böyük Akt zalında keçiriləcək.
UNEC-in 1-ci, 2-ci və 3-cü kurs tələbələri təqdimata dəvət olunurlar.
Təqdimatla və proqramla əlaqədar müraciət etmək üçün:
Beynəlxalq əlaqələr departamenti, Afət Ələkbərova (115-ci otaq, 492-60-45)