Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu (İAETİ) Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan 10 aprel tarixli iclasına dair elmi seminar keçirəcək.
Məruzəçi İAETİ-nin əməkdaşı i.e.n. Fərhad Mikayılovdur.
Seminar aprelin 21-də saat 10.00-da UNEC-in əsas tədris binasının ağ zalında keçiriləcək.