UNEC – Karyera Mərkəzi fevral-may aylarında korporativ sektorun iştirakı ilə aşağıdakı mövzularda təlimlərin keçirilməsini planlaşdırır. Tələbə və magistrantlar iştirak etmək istədikləri təlimi seçərək CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Elektron poçtun “subject” bölməsində cədvəldə göstərilən qısaltmanı qeyd etməlidirlər. Məsələn, “subject”: siqorta.
Hər iştirakçı ehtiyac duyduğu və ixtisasına uyğun olan yalnız bir təlimdə iştirak edə bilər. Təlimlərin keçirilmə yeri, tarixi və saatı barədə əlavə məlumat veriləcək və seçilmiş tələbələrə zəng olunacaqdır. Təlimlər ödənişsizdir, yalnız UNEC tələbə və magistrantları üçün nəzərdə tutulmuşdur. Təlimlərə olan tələbata müvafiq olaraq əlavə təlimlər təşkil olunacaqdır.
Qeyd: CV-lərinizdə oxuduğunuz növbə mütləq qeyd olunmalıdır.
Əlavə məlumat əldə etmək üçün UNEC-Karyera Mərkəzinə müraciət edə bilərsiniz.
№ | TƏLİMİN ADI | Subject |
1. | Sığorta işi və sığorta mədəniyyəti | Sığorta |
2. | Beynəlxalq mühasibat uçotu | Mühasibat |
3. | Maliyyə hesabatlarının hazırlanması üçün effektiv vasitələr | Maliyyə hesabatları |
4. | Bank işi | Bank işi |
5. | Marketinqin idarə edilməsi | marketinq |
6. | Müəssisələrin idarə edilməsində səmərəliliyin artırılması | Muəss.i-e |
7. | İnsan resurslarının idarə edilməsi | HR |
8. | Vaxtın idarə edilməsi | Vaxtın i-e |
9. | Əmək qanunvericiliyi | Əmək |
10. | Dəyişikliklərin idarə edilməsi | Dəyişiklik. i-e |
11. | Layihələrin idarə edilməsi | Layihələrin i-e |
12. | Liderlik və motivasiya | Liderlik |
13. | Kapital bazarı | Kapital |
14. | Korporativ idarəetmə | Korporativ |
15. | Keyfiyyətin idarə edilməsi | Keyfiyyət |