Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ Proqramının KA1.07 (Credit Mobility) hissəsinin UNEC-də icrası çərçivəsində Rumınıya, Türkiyə, Litva və s. xarici ölkələrin universitetlərinə səfər etmək və Erasmus+ Proqramının iştirakçısı olmaq imkanı təklif olunur.
Erasmus+ Mübadilə Proqramı çərçivəsində UNEC-in müəllimləri Avropanın ali təhsil müəssisələrinin tələbə-müəllim heyəti ilə görüşüb bilik və təcrübə mübadiləsi aparmaq, əsasda dərs keçmək imkanı əldə edə bilərlər.
Proqram müəllimlərin yol və gündəlik xərclərini qarşılayır.
Proqrama müraciət etmək istəyən müəllimlər tədris edəcək fənnin ingilis dilində sillabusunu və CV-sini Beynəlxalq Əlaqələr Departamentinə təqdim etsinlər.
Daha ətraflı məlumat və əlaqə üçün: Beynəlxalq Əlaqələr Departamenti, Afət Ələkbərova, əsas tədris binası, 115-ci otaq, tel.: 492-60-45