Yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu elan edilir

16 YANVAR 2017

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

 aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla

yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu elan edir

  • Dünya iqtisadiyyatı
  • Maliyyə
    • Maliyyə işi (orta ixtisas təhsili bazasında)

Dövlət və özəl ali təhsil (orta ixtisas təhsili) müəssisələrinin məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə yenidənhazırlanma təhsili ala bilərlər.

Yenidənhazırlanma təhsilinə qəbul ancaq elektron qaydada həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olunmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda yenidənhazırlanma təhsili almaq hüququnu qazanırlar.

Yenidənhazırlanma təhsilinə müraciət aşağıdakı

internet linki vasitəsi ilə həyata keçirilir:

http://www.kabinet.unec.edu.az

Sənədlərin qəbulu 2017-cı ilin yanvar ayının 16-dan fevral ayının 25-dək aparılacaq.

Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı

sənədləri elektron formada (PDF formatında) təqdim etməlidirlər:

  • Fərdi qaydada rektor adına yazılmış ərizə;
  • Rektor adına müəssisə və ya təşkilatın göndərişi;
  • Ali və ya orta ixtisas təhsili haqqında diplomun notarial qaydada təsdiqlənmiş surəti;
  • Diploma əlavənin notarial qaydada təsdiqlənmiş surəti;
  • Əmək kitabçasının surəti (rəsmi qaydada təsdiqlənmiş);
  • 1 ədəd fotoşəkil (3×4 sm jpeg formatında);
  • Şəxsiyyət vəsiqəsinin surəti (soyadı dəyişdiyi halda təsdiqedici sənəd).

Təhsil Azərbaycan dilindədir. Tədris müddəti 1 ildir.

QEYD:  1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə yenidənhazırlanma təhsili ala bilərlər.

Ünvan: İstiqlaliyyət küçəsi 6, otaq 107

Əlaqə telefonları (012) 492-65-64; (050) 344-04-33; (050) 756-59-60

 

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno