Liseyin yuxarı sinif şagirdlərinə regonun ən böyük iqtisadyönümlü universiteti olan UNEC barədə ətraflı məlumat verən Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov burada tədrisin 4 dildə aparıldığını bildirib. Görüşdə şagirdlər UNEC-in ikili diplom, mübadilə və təqaüd proqramları, Elektron Universitet Modelinin uğurlu tətbiqi barədə məlumatlandırılıb.
Texnologiya və dizayn fakültəsinin dekanı, professor Vəkil Hüseynov “UNEC-də bir gün” layihəsindən söz açıb. Bildirib ki, layihə çərçivəsində şagirdlərə şərti tələbə biletləri təqdim edilir və onlar UNEC-də dərsləri dinləyə, imtahan prosesini müşahidə edə, kitabxanadan faydalana bilirlər. Eyni zamanda, bir günlük tələbələrə ixtisas seçimi ilə bağlı konsultasiya da verilir.
Görüşdə şagirdlərə UNEC-in tanıtım çarxı nümayiş etdirilib, kafedra müdirləri ixtisaslar barədə danışaraq, şagirdlərin suallarını cavablandırıblar. Tələbələr şagirdlərə UNEC-də tələbə həyatı, sosial tədbirlər, Yaradıcılıq Mərkəzi və Radio UNEC haqqında məlumat veriblər.
Şagirdlər UNEC-in nailiyyətlərini mətbuat və sosial şəbəkələrdən izlədiklərini qeyd edərək, gələcəkdə bu universitetin tələbəsi adını qazanmağı arzuladıqlarını bildiriblər.