1952-ci ildə Quba şəhərində anadan olub.
1969-1974-cü illər ərzində S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alaraq tətbiqi riyaziyyat və mexanika fakültəsini riyaziyyat ixtisası üzrə bitirib.
Təyinatla Azərbaycan EA Kibernetika İnstitutuna göndərilib.
1976-1978-ci illərdə Ukrayna EA-nın V.M.Qluşkov adına Kibernetika İnstitutunda ixtisasartırma kursu keçib.
1978-1982-ci illərə həmin institutun aspiranturasında oxuyub.
1985-ci ildə ”Bir sinif dialoq sistemlərin lahiyələndirilməsi vasitələrinin tədqiqi və yaradılması” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elimləri namizədi alimlik dərəcəsi alıb.