07 aprel 1974-cü ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuşdur.
1997-ci ildə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin fəlsəfə bölməsini fərqlənmə diplomu ilə bitirmişdir.
1997-2000-ci illərdə AMEA-mn Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Fəlsəfə və İctimai fikir tarixi şöbəsinin aspirantı olmuşdur.
2002-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Fəlsəfə elmləri namizədidir.
2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Fəlsəfə” kafedrasının baş müəllimi, “Humanitar fənlər” kafedrasının dosenti vəzifələrində işləyib.
20.04.2022-ci il tarixdən UNEC-in “Humanitar fənlər” kafedrasının professoru vəzifəsinə keçirilib.
1 monoqrafiya, 1 proqram, 1 metodiki vəsait, 22 elmi məqalənin müəllifidir.
Ailəlidir, iki övladı var.