1959-cu ildə Bakı şəhərində doğulub.
1966-1976-cı illərdə Bakı şəhərindəki 6 saylı məktəbdə təhsil alıb.
1976-cı ildə məktəbi bitirdikdən sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsinə daxil olub.
1981-ci ildə universiteti bitirib Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) “Elmi kommunizm” kafedrasında müəllim vəzifəsində çalışmağa başlayıb.
1986-1989-cı illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsinin məqsədli aspiranturasında təhsil alıb. 1989-cu ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə etdikdən sonra fəlsəfə elmləri namizədi dərəcəsini alıb.
*
1989-1993-cü illərdə Ç.İldrım adına AzTU-nin “Fəlsəfə və politologiya” kafedrasında baş müəllim vəzifəsində çalışıb.
1993-cu ilin oktyabrında ehtiyatdan çağrıldıqdan sonra Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə həqiqi hərbi xödmətdə olub və 1997-ci ilin sentyabrında tərxis olunub.
1997-ci ilin oktyabrında Azərbaycan Dövlət İqtisad İnstitutunun “Fəlsəfə” kafedrasında baş müəllim vəzifəsində işə başlayıb. 2005-ci ildə müsabiqədən keçərək dosent elmi adına layiq görülüb.
20-dən yuxarı elmi və tədris-metodiki əsərin müəllifidir.
2016-cı ilin dekabrında UNEC-dəki səmərəli elmi-pedaqoji və əmək fəaliyyətləri nəzərə alınaraq təşəkkür elan edilmişdir.