
Uluxanlı mahalının Nizami kəndində anadan olmuşdur.
2008-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2014-cü ildə AAK tərəfindən dosent elmi adına layiq görülmüşdür.
Ədəbiyyatşünas, publisist, tədqiqatçı Cəlal Allahverdiyev Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 7 monoqrafiyanın, 5 kitabın, 1 dərsliyin, 2 dərs vəsaitinin, metodik göstərişin, tədris proqramının, 100-dən artıq elmi-publisistik məqalənin müəllifidir. 3 kitabın tərtibçisi, dərslik, dərs vəsaiti, tədris proqramlarının, kitabların redaktoru və rəyçisidir.
2011-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
2017-ci ildə UNEC-in Fəxri Fərmanı ilə təltif edilmişdir.
2020-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi”döş nişanı ilə təltif edilmişdir.
08 iyul 2025-ci ildə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri fərmanı” ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 fevral 2025-i il tarixli Fərmanı ilə təsis edilmiş “Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodik nəşrləri olan “Məktəbəqədər və ibtidai təhsil” və “Azərbaycancan dili və ədəbiyyatı” tədrisi jurnallarının redaksiya heyətinin üzvüdür.
İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühiti ilə baglı dəyərli araşdırmaların, “İrəvan ədəbi mühiti” (2010), “İrəvan pedaqoji məktəbi” (2015), “Təhsil tariximizdən: İrəvan pedaqoji məktəbi” (2017), “İrəvanda milli maarifçilik mühiti” (2017), “İrəvanda ictimai-siyasi və mədəni mühit” (2019), “İrəvan ensiklopedik foto toplu” (2019), “Ömrün illəri” (2020), “İrəvan müəllimlər seminariyası” (2022), “Qərbi Azərbaycan mətbuatı tarixi” (2024), “İrəvanda Azərbaycan təhsil tarixi” (2026) kitablarının müəllifidir.
ELMİ VƏ METODİK ƏSƏRLƏRİNİN SİYAHISI