1961-ci il avqustun 9-da Siyəzən şəhərində anadan olub.
*
Təhsili:
1982-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) uçot-iqtisad fakültəsini bitirərək, iqtisadçı-mühasib ixtisası alıb.
Əmək fəaliyyəti:
1982-1997-ci illərdə Azərbaycanın Yanacaq Enerji Kompleksində (SOCAR-ın H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsi və Quruda Neftqazçıxarma İstehsalat Birliyi, “Azəriqaz” QSC) maliyyəçi, mühasib və iqtisadçı peşələri üzrə müxtəlif rəhbər vəzifələrdə işləmişdir.
1997-2014-cü illərdə elm və təhsil sahəsində təyinatlı və seçkili olan bir sıra vəzifələr (Azərbaycan İqtisadçılar İttifaqında ekspert, AMEA-nın İqtisadiyyat İnstitutunun “Struktur dəyişiklikləri” sektorunun müdiri, “Makroiqtisadi inkişaf və iqtisadi artım” şöbəsinin baş elmi işçisi, Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC “Sosial-İqtisadi Elmi-Tədqiqat laboratoriyası”nın müdiri, “Azərbaycan Regionlarının İnkişaf Problemləri üzrə Elmi Araşdırma və Konsaltinq Mərkəzi”nin direktoru, “Magistr Hazırlığı Mərkəzi”nin direktor müavini) tutmuşdur.
2010-2018-ci illərdə “Azərbaycanın vergi jurnalı”nın baş redaktoru olmuşdur.
2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in “Enerji iqtisadiyyatı mərkəzi”nin rəhbəridir. “ENECO” (Enerji iqtisadiyyatı) jurnalının baş redaktorudur.
2022-ci ildən Beynəlxalq Elmlər Akademiyasının (IAS-HE AS) Azərbaycan bölməsinin birinci vitse-prezidentidir.
II dərəcəli dövlət müşaviridir.
Elmi dərəcə və adları:
1.İqtisad elmləri namizədi. 1998-ci ildə «Quruda neftqazçıxarma sənayesində iqtisadi islahatlar və onların təkmilləşdirilməsi problemləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi alıb [İxtisas: 08.00.05-Xalq təsərrüfatının və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə olunmsının təşkili (sənaye)].
2.İqtisad elmləri doktoru. 2005-ci ildə «Azərbaycanın quru ərazilərində neft və qaz hasilatının artırılması problemləri» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi alıb [İxtisas: 08.00.05-Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (komplekslərin, sahələrin və müəssisələrin iqtisadiyyatı, təşkili və idarə edilməsi)].
3.Dosent – diplom DS№03505 2010. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı (protokol № 16-R 20.04.2010).
4.Professor – diplom PR№01291 2013. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı (protokol № 16-R 16.11.2013).
Xarici elmi dairələrdə təmsilçilik:
İqtisad elmləri doktoru. Professor.
Beynəlxalq Elmlər Akademiyasının akademiki.
Beynəlxalq Menecment Akademiyasının akademiki.
Beynəlxalq Nəqliyyat Akademiyasının akademiki.
Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü.
Beynəlxalq İqtisadçılar İttifaqının üzvü.
Elmi yaradıcılığı və pedaqoji fəaliyyəti:
237 elmi əsər (379,4 ç.v.), o cümlədən, 10 monoqrafiya, 1 dərslik, 3 tədris proqramı, 5 metodik göstəriş, 1 metodik tövsiyə, 1 biblioqrafik məcmüə, 8 braşur, 30-dək müxtəlif ictimai məzmunlu məqalələrin müəllifidir.
Xarici dövlətlərdə keçirilən beynəlxalq konfrans, simpozium və konqreslərdə 30-dan çox elmi məqalələrlə çıxış etmiş və əsərləri müvafiq olaraq bir sıra ölkələrin elmi nəşrlərində çap olunmuşdur.
1997-2010-cu illərdə “Təfəkkür” Universitetində müəllim, 2010-2018-ci illərdə isə UNEC-in “Beynəlxalq iqtisadi münasibətlər” və “Beynəlxalq iqtisadiyyat” kafedralarında professor vəzifəsində işləmişdir.
Elmi fəaliyyətinin əsas istiqaməti:
Energetika;
Sənaye və nəqliyyat;
Yüksək texnologiyalar;
Dünya iqtisadiyyatı;
Təhsilin inkişafı problemləri;
Sosial-iqtisadi inkişaf,
Əhalinin həyat səviyyəsi,
Regionların inkişafı,
Rəqəmsal iqtisadiyyat
Ensiklopediya və iqtisadiyyat lüğətləri.
Milli yanacaq-enerji kompleksinin modernizasiyası problemləri ilə bağlı konseptual tədqiqatların müəllifidir. “Sosiallaşan iqtisadiyyat”, “Nobel iqtisadiyyatı” kimi yeni iqtisadi anlayışları elmi dövriyyəyə gətirmişdir.
Yeni konseptual əsaslandırmalar:
Sosiallaşan iqtisadiyyat konsepsiyası (sosiallaşan iqtisadiyyat – yeni iqtisadi anlayış), “Nobel iqtisadiyyatı” (yeni iqtisadi anlayış), dünya iqtisadiyyatı, sənaye siyasəti və infrastruktur problemləri, milli regional inkişaf strategiyası (avtonom fəaliyyət, Azad İqtisadi Zonalar, texnoparklar, regional klasterlər, biznes inkubatorları), enerji təhlükəsizliyi və milli enerji strategiyası, Yanaсaq Enerji Kompleksinin modernizasiyası problemləri, Azərbaycan neft sənayesində oliqopoliya modeli, karbohidrogen resurslarının nüvə potensialına çevrilməsi alternativliyi, yüksək texnologiyalar, informasiya iqtisadiyyatı, nanotexnologiyalar, şəhər ictimai nəqliyyatının inkişafı problemləri və avtomobilləşmənin yeni ekoloji tələbləri, regional nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Şərq-Qərb, Şimal-Cənub dəhlizləri, TRACECA, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Хəzər-Fars dəhlizi – geoiqtisadi rakurs (Xəzərdən Fars körfəzinə nəqliyyat su kanalının çəkilişinin iqtisadi təyinatları və effektivliyi), Yaxın Şərq energetikasında təhlükəsizlik kondominiumu və yeni maliyyə arxitekturası, Türkdilli ərazilərdə, Cənubi Qafqaz və Xəzər hövzəsi regionlarında iqtisadi potensialın qiymətləndirilməsi.
Qanunvericilik:
1.“Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu. (Azərbaycan Respublikasının Milli Məclisinin Elm və Təhsil Komitəsində Azərbaycan Respublikası qanununun hazırlanması və ekspertizasi üzrə işçi qrupunun üzvü).
2.“Elm və Dövlət Elmi-Texniki Siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu. (Azərbaycan Respublikasının Milli Məclisinin Elm və Təhsil Komitəsində Azərbaycan Respublikası qanununun hazırlanması və ekspertizası üzrə işçi qrupunun üzvü).
Təltiflər:
1.Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalı. (Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 1205 nömrəli Sərəncamı).
2.“Tərəqqi” medalı.
(Azərbaycan Respublikası Prezidentinin 2021-cu il 23 iyun tarixli 2702 nömrəli Sərəncamı).
3.Beynəlxalq Elmlər Akademiyasının “Qızıl döş nişanı”.
(“Elm və Təhsil sahəsində müstəsna xidmətlərinə görə” – Diplom №30Az/2022 Bakı 18.06.2022)
Filmoqrafiya:
1.“Ata yolu” (film, 2013).