Harvard məzunları UNEC-də

01 İYUN 2018 | VIEWS:
1223

ABŞ-ın Harvard Universitetinin məzunları yenidən UNEC-in qonağı olub.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi və SABAH qruplarının tələbələri ilə motivasiya görüşü keçirən məzunlar onlara uğur hekayələrini danışıblar. Onlar ABŞ universitetlərinin bakalavr və magistr təhsilindən söz açaraq, ixtisas seçimi, liderlik keyfiyyətlərinin formalaşdırılması, uğur qazanmağın yolları ilə bağlı təcrübələrini tələbələrlə paylaşıblar. “Harvardda oxumaq çətindir, amma mümkündür”, deyən məzunlar tələbələrə arzularına çatmaq üçün əzmlə çalışmağı tövsiyə ediblər.

Məzunlar tələbələrin motivasiya, xarici universitetlərdə təhsil üçün maliyyə dəstəyi və digər suallarını cavablandırıblar.

UNEC-in tələbələri ilə növbəti dəfə görüşməkdən məmnun olduqlarını bildirən məzunlar onların bilik və intellektini yüksək qiymətləndiriblər. Ötən görüşdə olduğu kimi, bu dəfə də Harvard məzunları UNEC-in tələbələri ilə apardıqları diskussiyanı sosial şəbəkə üzərindən davam etdirəcəklərini bildiriblər.

UNEC news

1224 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno