Tamaşadan öncə UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova cəmiyyətin ən böyük problemlərindən biri olan narkomaniya və QİÇS-lə mübarizənin əhəmiyyətini vurğulayaraq, tələbələrin “ağ ölüm” barədə maariflənməsində tamaşanın müsbət izlər buraxacağına əminliyini ifadə edib.
“Həyatla oyun” tamaşasının məqsədindən danışan quruluşçu rejissor İntiqam Soltan bildirib ki, bu tamaşanı gənc nəslin narkotikanın törətdiyi faciələri daha dərindən dərk etməsi üçün hazırlayıblar.
Sonra Bakı Uşaq Teatrının aktyorlarının ifasında tamaşa oynanılıb.