25 may 1938-ci ildə Yevlax rayonunun Qaraməmmədli kəndində anadan olub.
1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib.
1954-cü ildən 1967-ci ilə kimi müxtəlif dövlət müəssisə və təşkilatlarında mühasib və baş mühasib vəzifələrində işləyib.
1967-ci ilin mart ayından Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) “Mühasibat uçotu” kafedrasında müəllim, baş müəllim, dosent, professor vəzifələrində işləyib.
1981-ci ildə Leninqrad Ticarət institutunun qiyabi aspiranturasına daxil olub.
1984-cü ildə Voznesenski adına Maliyyə İqtisad İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.
1986-cı ildən dosent vəzifəsinə, 1994-2000-ci illərdə işlədiyi kafedranın müdiri vəzifəsinə seçilib.
*
2000-2008-ci ilədək kafedranın dosenti, 2008-ci ildən isə doktorluq işi müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi alıb, 2009-cu ildə kafedranın professoru seçilib.
UNEC-in “Mühasibat uçotu və audit” kafedrasının məsləhətçi-professoru olub.
12 dərslik, 4 monoqrafiya, 8 elmi-metodiki vəsait, 395 elmi məqalənin müəllifidir.
1993-cü ildən “Maliyyə və uçot” jurnalının baş redaktoru vəzifəsini yerinə yetirib.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
6 may 2024-cü il tarixində Bakı şəhərində vəfat edib.