18 noyabr 1962-ci ildə Bakı şəhərində anadan olub.
1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirmişdir.
1991-ci ildə Rusiyanın Leninqrad şəhərində N.A.Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunda namizədlik dissertsiyasını müdafiə edib.
1997-2012-ci illərdə “Menecment” kafedrasının dosenti olub.
2012-ci ildən İqtisad Universitetinin “Menecment” kafedrasının professorudur.
Azərbaycanda ilk dəfə holdinq şirkətləri, lizinq, müəssisələrin müflisləşməsi və sanasiyası haqqında elmi məqalələr yazıb.
*
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
100-dən artıq elmi və metodiki əsərlərin, o cümlədən: “İri sahibkarlıq strukturları” və “Korporativ idarəetmənin təməl daşları” monoqrafiyalarının müəllifi, “Menecment”, “Müasir menecment I və II ”, “Antiböhranlı idarəetmə”, “Dövlət və bələdiyyə idarəçiliyi”, “İdarəetmə qərarları” dərsliklərinin həmmüllifidir.
Evlidir üç övladı var.
Biznes və menecment fakültəsində tədris proseslərinin izlənilməsinə başlanılıb (05.10.2016)
UNEC professorları beynəlxalq konfransda çıxış ediblər (14.04.2016)