Shamili.e.d., prof. Qafarov Şamil Saleh oğlu

1950-ci il yanvarın 19-da Ağdam rayonunda  anadan olub.

1967-1971-ci illərdə D.Bün­yadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İn­sti­tu­tu­nun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Sənayenin iqtisadiyyatı fakültəsində təhsil alib və həmin institutu əla qiymətlərlə bitirib. Həmin ildə təyinatla yeni tikilməkdə olan Bakı Maşınqayırma zavoduna iqtisadçı vəzifəsinə göndərilib.

1972-1973-cü illərdə Murmansk vilayətinində hərbi xidmətdə olub. 1974-1975-ci illərdə Azərbaycan SSR Dövlət Plan Ko­mi­tə­si nəzdindəki Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda elmi işçi vəzifəsində çalışıb.

1975-1978-ci illərdə Azərbaycan Döv­­­­­­lət Universitetində siyasi iqtisad ixtisası üzrə as­pi­ran­tu­ra­da təhsil alıb. 1978-ci ildən təyi­natla “Siyasi iqtisad” kafedrasına müəllim təyin edilib.

1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Siyasi iqtisad ixtisası üzrə aspiranturanın əyani şöbəsinə daxil olub. 1978-ci ilin dekabr ayında Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən təyinatla “Siyasi iqtisad” kafedrasına müəllim vəzifəsinə göndərilib.

1980-ci ildə “İctimai əmək bölgüsü qanunu və inkişaf etmiş sosializmdə onun fəaliyyəti” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi adına layiq görülüb.

1982-ci ildə Azərbaycan Dövlət Universitetində baş müəllim, 1986-cı ildə dosent seçilib.
1998-ci ilin iyun ayında Bakı Dövlət Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasının müdiri vəzifəsinə seçilib.

2001-ci ildə “İctimai əmək bölgüsünün sosial iqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

2008-ci ildən elm və tədris sahə­sin­dəki fəaliyyətini Azərbaycan Dövlət İqtisad Uni­ver­sitetində davam etdirir.

2010-cu ildə İqtisad Uni­ver­si­te­ti­nin professoru seçilib və həmin ildə də AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərə­findən professorluğu təsdiq olunub.

 

 

*

1999-cu ildə “Beynəlxalq əmək bölgüsü: formalaşması, dinamikası və strukturu” adlı kitabı, elə həmin ildə “İctimai əmək bölgüsü və onun sosial-iqtisadi problemləri” adlı monoqrafiyası, 2002-ci və 2004-cü illərdə “İqtisadi nəzəriyyə” dərsliyi, 2005-ci ildə “Müasir iqtisadi sistem və qlo­ballaşma” adlı 632 səhifəlik irihəcmli monoqrafiyası, 2014-cü ildə “Pulun diktaturası” adlı 552 səhifəlik monoqrafiyası çap olunub. Ümumilikdə 6 kitabın, 122 məqalənin müəllifidir.

3 dəfə DAAD (Alman Akademik Mübadilə Xid­mə­ti) müsabiqəsinin qalibi olub. DAAD mü­sa­bi­qə­si­nin qa­­­­libi kimi 3 dəfə (01.10.1998 – 01.12.1998, 2004, 25.06 – 25.09 2010) Almaniyanın Ştut­­tqart Universitetində fəaliyyət göstərib.

10-dan çox doktorluq və namizədlik dissertasiyalarının rəsmi opponenti kimi çıxış edib.

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun nəzdindəki respublikada doktorluq dissertasiyası üzrə İxtisaslaşdırılmış Şuranın (D.01.181) üzvüdür. Respublika elmi tədqiqatların təşkili və əlaqələndirilməsinin İqtisadiyyat üzrə problem Şurasının üzvüdür.

Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının professorudur.

Ailəlidir, iki övladı var.

 

ELMİ ƏSƏRLIRİN SİYAHISI

DSC_0787samil_8861 - копияshamil7fa70a970c1a-3shamil7fa70a970c1a-34

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna