21.12.1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.
1983-cü ildə S.M. Kirov adına Xarkov Nəqliyyat mühəndisləri institutunun mühəndis-iqtisadiyyat fakültəsini bitirib.
1985-1988-ci illərdə AR Elmlər Akademiyasının aspirantı olub.
1989-cu ildə “İstehsalın intensivləşdirilməsi şəraitində əmək vasitələrinin tənzimlənməsi problemləri” mövzusu üzrə namizədlik dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi elmi adına layiq görülüb.
2003-cü ildə “Azərbaycan Respublikası maşınqayırma kompleksində istehsal potensialından səmərəli istifadə olunması” mövzusunda doktorluq – doktorluq dissertasiya işini müdafiə edərək iqtisad elmləri doktoru elmi adına layiq görülüb.
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı – 130 (xaricdə çıxmış elmi əsərlərinin sayı – 16, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı – 15, müəlliflik şəhadətnamələrinin və patentlərin sayı – 4).
*
*
Əsas elmi nailiyyətləri:
Əmək fəaliyyəti:
1988-2005-ci illərdə AR EA İqtisadiyyat institutunda elmi işçi vəzifəsində işləyib.
1991-2000-ci illərdə N. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin “İqtisadi nəzəriyyə və hüquq” kafedrasında baş müəllim işləyib.
2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi nəzəriyyə”, hazırda “Müəssisənin iqtisadiyyatı” kafedrasında professor vəzifəsində çalışır.
2009-cu ildə Azərbaycan Respublikasında keçirilən referendum üzrə “Zəka” təşviqat qrupunun təyinatı əsasında vəkil təyin olunub.