dadli.net_sultanova_rana_462i.e.d., prof. Sultanova Rəna Polad qızı

21.12.1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində  anadan olub.

1983-cü ildə S.M. Kirov adına Xarkov Nəqliyyat mühəndisləri institutunun mühəndis-iqtisadiyyat fakültəsini bitirmişdir.

1985-1988-ci illərdə AR Elmlər Akademiyasının aspirantı olmuşdur.

1989-cu ildə “İstehsalın intensivləşdirilməsi şəraitində əmək vasitələrinin tənzimlənməsi problemləri” mövzusu üzrə namizədlik dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi elmi adına layiq görülmüşdür.

2003-cü ildə “Azərbaycan Respublikası maşınqayırma kompleksində istehsal potensialından səmərəli istifadə olunması” mövzusunda doktorluq  – doktorluq dissertasiya işini müdafiə edərək iqtisad elmləri doktoru elmi adına layiq görülmüşdür.

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı – 130 (xaricdə çıxmış elmi əsərlərinin sayı – 16,  beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı – 15, müəlliflik şəhadətnamələrinin və patentlərin sayı – 4)
*

ELMİ ƏSƏRLƏRİ

 

Əsas elmi nailiyyətləri:

  1. Azərbaycanın elektrotexnika sənayesində əmək vasitələrinin təzələnməsinə dair təkliflər “Azelektromaş” İstehsalat Birliyində istifadə olunmuşdur.
  2. Azərbaycan Respublikası maşınqayırma kompleksində istehsal potensialından səmərəli istifadəyə dair təklif və tövsiyyələr “Azneftkimyamaş” Dövlət Şirkətində, “Bakı fəhləsi” maşınqayırma  zavodunda və “Bakı elektrik mühərrikləri” (BMZ) zavodunda  tətbiq olunmuşdur.
  3. Azərbaycan iqtisadi rayonlarının sosial-iqtisadi inkişafının təmin olunmasına dair təkliflər İqtisadi İnkişaf  Nazirliyinə təqdim olunmuş və “Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın hazırlanmasında istifadə olunmuşdur.
  4. Azərbaycan regionlarında rəqqabətqabiliyyətli iqtisadiyyatın inkişaf istiqamətlərinin müəyyən edilməsinə dair təklif və tövsiyyələr işlənmişdir.

 

Əmək fəaliyyəti:

1988-2005-ci illərdə AR EA İqtisadiyyat institutunda elmi işçi vəzifəsində işləmişdir.

1991-2000-ci illərdə N. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin “İqtisadi nəzəriyyə və hüquq” kafedrasında baş müəllim işləmişdir.
2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi nəzəriyyə”, hazırda “Müəssisənin iqtisadiyyatı” kafedrasında  professor vəzifəsində çalışır.

2009-cu ildə Azərbaycan Respublikasında keçirilən referendum üzrə “Zəka” təşviqat qrupunun təyinatı əsasında vəkil təyin olunmuşdur.