25 oktyabr 1942-ci ildə anadan olmuşdur.
1960-1965-cı illərdə orta məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) iqtisad fakültəsində təhsil almışdır.
1960-cı ildən əmək fəaliyyətinə başlamışdır. «Qızıl Şərq» mətbəəsində işləmişdir.
1968-1972-ci illərdə aspiranturada oxumuşdur.
*
Namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi adına layiq görülmüşdür.
1966-cı ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) mühasibatlığında baş mühasibin müavini işləmişdir.
2017-ci ilə kimi İqtisad Universitetinin “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının dosenti olub.