1972-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1989-cu ildə N.A.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialına daxil olub, 1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
Daha sonra elmi fəaliyyətini davam etdirərək kafedrada qalmış, aspiranturaya daxil olmuş və 2000-ci ildə müvəffəqiyyətlə aspiranturanı bitirib namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.
2001-ci ildən müəllim, daha sonra baş müəllim və 2008-ci ildən kafedranın dosentidir.
2001-2005-ci illərdə fakültədə təlim-tərbiyə işləri üzrə dekan müavini;
2005-2008-ci illərdə isə Magistratura Hazırlıq Mərkəzində baş inspektor və Elmi Şuranın katibi vəzifələrində çalışmışdır.
20-yə yaxın elmi məqalənin, 10-a yaxın tədris-metodik vəsaitin və 1 kitabın (birgə müəllifliklə dərcinin) müəllifidir.
M.V.Lomonosov adına MDU-nin doktorantıdır.
2017-ci ildən UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının dosentidir.
Ailəlidir, bir övladı var.